Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Jdanov: Qarabağ üçün tarixi şans: Ordu bir anda... - Video

Tarix: 15-06-2020 11:34     Baxış: 4302 A- / A+
Jdanov: Qarabağ üçün tarixi şans: Ordu bir anda... - Video

Ermənistan heç bir zaman suveren dövlət olmayıb. İrəvanın xarici siyasətini isə həmişə Moskva formalaşdırıb. Ermənistanda baş verən son hadisələri və Moskvanın tədricən İrəvandan üz döndərməsini nəzərə alsaq, bu gün Azərbaycan üçün tarixi şans yaranıb.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ məsələsini güc yolu ilə asanlıqla həll etmək imkanına sahib Ordusu var:

“Bakı bir hərbi əməliyyatla istədiyinə nail ola bilər. İndi yalnız Moskvanın müdaxiləsi ilə bağlı siyasi məsələləri həll etmək qalır. Ermənistan havadarlarının köməyinə ümid edirsə, Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana öz Ordusundan başqa heç kim lazım deyil”.

O qeyd edib ki, hərbi tərəfdaşlara və əsgərlərin tədrisi ilə bağlı təcrübə mübadiləsinə malik olan Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətini və ən çətin vəzifələrin yerinə yetirilməsinə hazırlığını daim artırır:

“Hərbçilərin əsas şüarı var: təlimlər maksimum döyüş şəraitinə uyğun keçirilməlidir. Ən yaxşı təlimlər döyüş əməliyyatları ehtimal olunan yerlərdə aparılır. Azərbaycan Ordusu Qazaxıstan dağlarında da təlimlər keçirməyi planlaşdırır. Bu, o deməkdir ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları Dağlıq Qarabağ dağlarında maksimum səmərəli fəaliyyət göstərməyə və ərazilərin azad edilməsi ilə bağlı qarşıya qoyulmuş mühüm tapşırığı həll etməyə hazırdır”.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar