Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Gəncədə gördüm ki, nazir müavinləri döşəmə yuyurlar“ - Siyavuş Novruzov

Tarix: 13-06-2020 21:44     Baxış: 4255 A- / A+
“Gəncədə gördüm ki, nazir müavinləri döşəmə yuyurlar“ - Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov Milli Qurtuluş Günündən danışıb.

Manevr.az xəbər verir ki, Siyavuş Novruzov açıqlamasında ilk növbədə, bu bayram münasibətilə xalqı təbrik edib.

O qeyd edib ki, dini və xalqımızın çoxəsrlik ənənələrinə söykənən milli bayramlardan sonra ən birinci bayram Milli Qurtuluş Günüdür:

“Çünki digər bayramları biz məhz Qurtuluş günündən sonra yüksək səviyyədə qeyd etmək imkanı əldə etmişik. Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. Azərbaycanın 29 ilə yaxın müddəti əhatə edən müstəqillik tarixinə nəzər saldıqda görürük ki, respublikamız heç də bugünkü yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müxtəlif situasiyalarla üzləşən ölkəmizin müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafı, hər şeydən əvvəl, məhz lider amili ilə bağlı olub. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Ümumiyyətlə, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ikinci ilinə təsadüf edən Qurtuluş Günü ilə əlaqədardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Heç şübhəsiz, XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin ötən 27 ildə əsrə bərabər inkişaf yolu keçməsi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir. Bütün bu məsələləri daha yaxşı nəzərdən keçirmək üçün hazırkı reallıqların fonunda həmin tarixi dövrün proseslərinə və onların nəticələrinə xüsusi diqqət yetirmək lazımdır.

1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan ilk illərdə olduqca mürəkkəb situasiya qarşısında idi. İstər ölkə daxilində dövlət idarəçiliyinin düzgün təşkil olunmaması, istər kəskin sosial-iqtisadi problemlər, istərsə də qeyri-sabitlik, xaos və qarşıdurmalarla müşayiət olunan proseslər ölkənin başlıca reallıqlarını təşkil edirdi. Hətta ordu və dövlət quruculuğu istiqamətində hər hansı bir əhəmiyyətli addımlar atılmır, daxili çəkişmələr nəticəsində Azərbaycan vətəndaş müharibəsi astanasında idi, separatizm baş qaldırmışdı, bədxah qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti davam edirdi. Həmin dövrdə daxildəki bəzi qüvvələr hakimiyyətə gəlmək üçün müxəlif xarici kəşfiyyat orqanları ilə işbirliyi edərək ölkəmizin müstəqilliyinə qarşı çıxırdılar. Siyasi partiyaların silahlı dəstələrə malik olması, ayrı-ayrı kriminal dəstələrin yaradılması, ictimai-siyasi sabitliyin olmaması Azərbaycanı süqutun astanasına gətirib çıxarmışdı. Milli maraqlardan uzaq mövqe tutan səriştəsiz insanların hakimiyyətdə olması həm ölkə daxilində hərc-mərcliyin, xaosun, ciddi böhran və tənəzzül meyillərinin yaranmasına səbəb olmuşdu, həm də erməni təcavüzü ilə üzləşən Azərbaycan çarəsiz vəziyyətdə qalmışdı.

Lakin təəssüf ki, bəzi ən yeni tariximizdən xəbərsiz həvəskar siyasətçilər arasında son dövrlər Qurtuluşu saxtalaşdırmaq, onun haqqında yanlış rəy yaratmaq istəyənlər tapılır. Belə ki, istər Amerikada, istər Avropada oturub, özünə mühacir media deyənlər, Milli Şuranın bəzi üzvləri, Əli Kərimli dəstəsi Qurtuluş Gününün üzərinə kölgə salmağa çalışırlar. Amma Qurtuluş, ilk növbədə, elə onların qurtuluşudur. Xalqımız yaxşı xatırlayır ki, Sürət Hüseynov Azadlıq Meydanında dar ağacları qurdurmuşdu və bəyan edirdi ki, AXC-Müsavat rəhbərliyini oradan asacaq. Ümummilli lider hakimiyyətə qayıdışı ilə həm də onları dar ağacından xilas etdi. Amma xalqımız haqlı olaraq məsələni belə qoyur ki, biz sizi seçmişdik, hakimiyyətə gətirmişdik, amma siz dövlət quruculuğuyla, bizim təhlükəsizliyimizlə, müdafiəmizlə məşğul olmaq əvəzinə başınız bir-biriniz haqqında kompramat toplamağa, bir-birinizi ifşa etməyə kreslo davasına elə qarışdı ki, Sürət Hüseynovun bir dənə xəbərdarlığı ilə qoyub qaçdınız vəzifələrinizi”.

S. Novruzov Qurtuluş Günüylə bağlı xatirələrindən də söz açıb. O bildirib ki, həmin dövrdə baş verən siyasi proseslərin bilavasitə iştirakçısıdır: “Ümummilli liderdən nə qədər xahiş edirdilər ki, Bakıya gəlsin, lakin O gəlmək istəmirdi. İndi bunlar həyasızcasına qələmə vermək istəyirlər ki, guya Ümummilli lider bu kampaniyanı özü təşkil etmişdi. İndi bunlar hər şeyi günahlandırırlar, özlərindən başqa. Halbuki, o dövrdə iqtidarda idiniz, dövlətin bütün resursları əlinizdə idi və Sürət Hüseynovun qarşısını almaq sizin konstitusion vəzifə borcunuz idi. Fərz edək ki, Sürət yox, başqa bir üçüncü dövlət Azərbaycana hücum etmişdi. Qarşısını almaq üçün gedib kimə və hara müraciət edəcəkdiniz?

Mənim yadımdadır ki, Ümummilli lider qayıdanda biz onu hava limanında qarşılayırdıq. Çox az adam hava limanına yığışmışdı. Keçmiş sosial müdafiə naziri Əli Nağıyevə təşkati məsələləri həll etmək həvalə olunmuşdu. Çox hörmətli akademik Arif Paşayev və yaxın ətrafı, habelə Murtuz Ələsgərov, Sirus Təbrizli, Fərəməz Maqsudov, Abdin Fərzəliyev qarşılayanlar sırasında idi. Həmin vaxtda Hacı Əbdül də Ali Sovetin qabağında mitinqlər keçirirdi. İnsanları Ali Sovetin ərazisinə buraxmırdılar. Mən və Abdin Fərzəliyev Ümummilli liderin mühafizəsiylə məşğul idik. Dörd nəfər də Naxçıvandan gələnlər var idi. Yəni çox çətin və ağır dövrdə Ümummilli lider tək gəlmişdi. Bu anların şəkilləri də var. Keçmişdə humanitar şöbənin müdiri olan şəxs hamımızın şəkillərini çıxartdı ordan. Çünki özü orada yox idi. Amma tarixi arxivlərdə o şəkillərin hamısı var.

Ümummilli liderin Gəncəyə gəlişindən bir gün əvvəl Abdin Fərzəliyevlə mən təhlükəsizlik tədbirləri ilə əlaqədar ora getmişdik. Bəylər Əyyubovun qardaşı Eyyub Eyyubovun yanında yığışmışdıq. Ümummilli liderin gəlişini gözləyirdik. Mən Gəncədə gördüm ki, o zaman dövlət vəzifəsində işləyənlər, daxili işlər nazirinin müavinləri olanlar, qvardiyanın komandirləri hamısı döşəmə yuyurdular. Həmin kazarmada Sürət Hüseynovun əsgərləri var idi. Xüsusi təyinatlıların hamısı əsir götürülmüşdü. Hamısı da həyət süpürürdü. Bu halların şahidi olmuşuq. Bunlar heç olmasa arxivi açıb o şəkillərə bir baxsınlar. Olduqca acınacaqlı və utancverici mənzərə idi.

15 iyun Milli Qurtuluş gününün möcüzəsi nədə idi? Həmin gün Heydər Əliyev şəxsi karizması, zəngin siyasi təcrübəsi, mahir dövlət xadimi qətiyyəti ilə Azərbaycanı böyük fəlakət qarşısında qoyacaq dövlət çevrilişinin qarşısını aldı, sözün gücü ilə təpədən dırnağa silahlanmış Sürət Hüseynovu tərksilah etdi. Bu idi Ulu öndərin Azərbaycan tarixindəki misilsiz xidməti, mən deyərdim ki, əsl qəhrəmanlıq salnaməsi. Beləliklə, Ümummilli liderin qayıdışı ilə şərtlənən və Qurtuluşdan başlayan dövr Azərbaycan tarixinin səhifələrinə gözlərimiz önündə qızıl hərflərlə yazılmaqdadır”./qafqazinfo


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar