Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qanun pozuntusuna qarşı ictimai qınaq olmalıdır" - Millət vəkili

Tarix: 08-06-2020 12:16     Baxış: 3208 A- / A+
"Qanun pozuntusuna qarşı ictimai qınaq olmalıdır" - Millət vəkili

"Hamımıza məlum olduğu kimi, pandemiya dövründə karantin rejiminin yükünü daşıyan əsas orqanlardan biri də polislər oldu. Həmişəki kimi bu dəfə də onların işi çox ağır və məsuliyyətli idi. Ancaq öhdəsindən layiqincə gəldilər. Azərbaycan polisi həqiqətən nümunəvi davranış, böyük səbr və fədakarlıq göstərdi. Biz Azərbaycan polisinin humanistliyinin, insanlarla xoş rəftarının bir daha şahidi olduq. Onlar köməksiz insanlardan yardımlarını əsirgəmədilər. Onların bu davranışları xalq tərəfindən də böyük rəğbətlə qarşılandı, onlara olan inam və etimadı daha da artırdı".

Manevr.az xəbər verir ki, bunu sia-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu gün hətta bir sıra inkişaf etmiş Qərb ölkələrində belə biz açıq polis zorakılığını görürük: "İnsanlar döyülür, gözləri çıxarılır, üzərlərinə avtomobil sürülür, qətlə yetirilirlər. Ancaq bu da reallıqdır ki, burada Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq qurumların bu əməli pisləyən münasibətini görmürük. Təəssüf ki, bu məsələdə də ikili standartlar və qeyri-obyektivlik özünü açıq göstərir. Azərbaycanda baş verən ən kiçik hadisəyə belə reaksiya verən, böyüdən bu qurumlar bu dəfə də susdular, mövqe bildirmədilər.

Yeri gəlmişkən fürsətdən istifadə edib buradan vətəndaşlara müraciət edərək onları qaydalara tam əməl etməyə çağırıram. Dövlətin, polisin bir tələbi var, o da hər bir vətəndaşın qaydalara tam əməl etməsidir. Karantin rejiminin tezliklə bitməsi bilavasitə bizim özümüzdən asılıdır. Əgər tez bitməsini istəyiriksə, qaydalara tam əməl etməliyik. Bu daha çox özümüzə lazımdır. Vəziyyətin təhlili göstərir ki, xəstəliyin əhatə dairəsi daha da genişlənir. Qaydalara əməl etmədikcə virusa yoluxanların sayı daha da artacaq. Acı nəticələri daha çox hiss etməyə başlayacağıq. Metroda, eləcə də dünən Bakı küçələrindən birində bəzi vətəndaşlarımızın polisə daş və zibil atmasını müşahidə etmək bizim xalqa yaraşan deyildi. Vətəndaşların özlərində qanun pozuntusuna qarşı ictimai qınaq olmalıdır. Onlar qaydaları pozan vətəndaşları deyil, qaydaları əməl etməyən insanları qınamalı və kəskin münasibət bildirməli idilər. Odur ki, hər bir vətəndaşımız diqqətli olmalı, hadisələrə reallıq hissin itirmədən yanaşmalıdırlar. Polisin əsas vəzifəsi asayişin təmin olunması və sabitliyin qorunmasıdır ki, onu da uğurla həyata keçirir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar