Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

AŞPA Dağlıq Qarabağdakı “seçkilər”ə niyə münasibət bildirmədi? - Şərh

Tarix: 06-06-2020 21:48     Baxış: 4247 A- / A+
AŞPA Dağlıq Qarabağdakı “seçkilər”ə niyə münasibət bildirmədi? - Şərh

Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətinin təməlində qərəz, islamafobiya və ikili standartlar dayanır. Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib məqamlara toxundu. Prezident İlham Əliyev tamamilə haqlı olaraq, Avropa Şurası Parlament Assambleyasından başqa bütün nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin Qondarma Dağlıq Qarabağın xunta rejimində keçirilən seçkiləri tanımadıqlarını bəyan etdiklərinə və qınadıqlarına diqqət çəkdi.

Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a açıqlamasında politopoq Yusif Bağırzadə deyib. O bildirib ki, Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament “seçkilər”ini əksər beynəlxalq təşkilatlar pislədiyi halda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu məsələyə münasibət bildirməməsi sözügedən qurumun iç üzünü bir daha dünyaya göstərdi:

"ATƏT-in Minsk Qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bəzən bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ancaq Avropa Şurası Parlament Assambleyası suqunluq nümayiş etdirdi. AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək də səssizlik nümayiş etdirməkdə davam edirlər. Baxmayaraq ki, 2001-ci ilin yanvarında Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan bu təşkilat qarşısında bir sıra öhdəliklər götürüblər. Bunlardan biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. Amma bu həmməruzəçilərin susmaları işğalçı ermənilərin mövqelərini müdafiə etmələrinə daha bir sübutdur. Görünən budur ki, bütövlükdə Avropa Şurası dolayısı ilə bu qeyri-qanuni seçkilərə münasibətdə özünün mövqesizliyini nümayiş etdirdi".

Yufib Bağırzadənin sözlərinə görə, AŞPA-nın bu cür mövqeyi və ya mövqesizliyi ilk dəfə baş vermir: "Artıq uzun illərdir ki, bu qurum Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə xüsusi olaraq seçilir. Bu qurumda mövcud olan islamafobiya və ikili standartlar hər dəfə ən yüksək səviyyələrdə tənqid olunsa da bundan nəticə çıxarmaq əvəzinə əksinə Azərbaycana qarşı daha da qərəzli mövqe nümayiş etdirməkdə davam edirlər. Bunun da səbəbləri var. Çünki həmin təşkilatda sifariş əsasında Azərbaycan əleyhinə fəaliyyət göstərən qruplar kök atıb. Ölkə başçısı doğru olaraq onları ikiüzlülükdə ittiham etdi və böyük ölkələrdə baş verən hadisələrə susqun qalmalarını misal çəkdi.

Elə bunun nəticəsidir ki, koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda Dağlıq Qarabağda təşkil olunan “seçki” şousu ən kəskin formada, ədaləti və insan hüquqlarının qorunmasını özünün ali dəyərləri sayan AŞPA tərəfindən kəskin tənqid olunmalı olduğu halda bizlər bunun şahidi olmadıq".

Politoloq bildib ki, çox təəssüf ki, bu qurum ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfini dəstəkləmək yolunu tutub: "Əgər belə deyilsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalır? Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası istiqamətində neçə illərdir ki, bir addım belə atmır. Burada təmsil olunan bəzi ölkələrin deputatları faktiki olaraq, bütün fəaliyyətlərini Azərbaycana böhtan atmaq, qərəzli mövqe sərgiləmək üzində qurublar. Ümumiyyətlə son zamanlar AŞPA-nın fəliyyətinin az qala ali məqsədini Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq təşkil edir ki, bu da dünyanın bir çox ölkələrində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu və buna qarşı susqunluğun müşayiət olunduğu bir zamanda daha aydın görünür. Belə olan halda bu qurum hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan danışa bilər?"

Onun fikrincə, Avropa Şurası Parlament Asssambleyasının hətta özünün qəbul etdiyi qərarlara əməl etməməsi bu qurumun qəbul etdiyi qətnamələrin kağız parçası olduğunu sübuta yetirir: "Prezident İlham Əliyev öz nitqində tamamilə haqlı olaraq ermənilərin Azərbaycana qarşı ekoloji terror həyata keçirdiklərinə də toxunub. Məlumdur ki, 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası tərəfindən “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul ediməsi və həmin qətnamədə “Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və Ermənistan hakimiyyətinin su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırması” ilə bağlı tələb olunur. Amma, bu qətnamənin qəbul edilməsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan Azərbaycana qarşı ekoloji terror siyasətini də davam etdirməkdədir. Və ya digər bir Qətnamə AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Sual olunur AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir. AŞPA nəyə görə hətta özünün qəbul etdiyi qətnamənin icrasını belə Ermənistandan tələb etmir, işğalçı ölkənin cinayətkar və beynəlxalq hüquqa sayğısızlıq üzərində qurulan davranışlarına qarşı adekvat addımlar atmır?. Bütün bunlar AŞPA-nın tamamilə nüfuzsuz bir təşkilata çevrilməkdə olduğunu nümayiş etdirir. Cənab Prezident tamamilə haqlı olaraq qeyd etdi ki, bizə qarşı ünvanlanmış bütün ittihamların təməlində azərbaycanfobiya dayanır".

Yusif Bağırzadə bildirib ki, Avropa Şurası Parlament Assambleyası başa düşməlidir ki, Azərbaycan artıq 20-25 il bundan əvvəlki ölkə deyil: "Azərbaycan dünyada artıq “orta miqyaslı” ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir.

Nəhayətdə Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi ilə seçilən AŞPA və oradakı anti Azərbaycançı qüvvələr anlamalıdırlar ki, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkün olmayacaqdır. Bu baxımdan Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə də heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar