Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ramil Səfərovla Qurgen Markaryan arasındakı danışığın diktafon yazısı var?

Tarix: 29-05-2020 15:15     Baxış: 3215 A- / A+
Ramil Səfərovla Qurgen Markaryan arasındakı danışığın diktafon yazısı var?

Vəkil Adil İsmayılov azərbaycanlı zabitlə bağlı ən çox verilən sualı cavabladı

Vəkil Adil İsmayılov zamanında vəkilliyini etdiyi zabit Ramil Səfərovla bağlı yazıb.
Manevr.az xəbər verir ki, A.İsmayılov Avropa Məhkəməsinin məlum qərarından sonra ona bu qərarla bağlı xeyli suallar ünvanlandığını bildirib: “Bu işlə bağlı bildiklərim və söylənilməsini mümkün hesab etdiyim məqamlar barəsində keçən il bu vaxtlarda Facebook səhifəmdə ətraflı yazmışdım. Hazırda qərarın Azərbaycan dilinə tərcümə edilməsini gözləyirəm, diqqətlə tanış olandan sonra ehtiyac olsa, bu barədə yazacam. Ümidvaram ki, yaxın 3 ayda Azərbaycan tərəfi də qərara rəsmi münasibət bildirəcək. Bununla da məsələnin hüquqi müstəvidə müzakirəsi tamamlanacaq”.

A.İsmayılov bildirib ki, son günlər ona Ramil Səfərovun öldürülən erməni zabitlə guya hadisədən əvvəl danışması və bunu diktafona yazması barədə suallar ünvanlanıb. Belə bir diktafon yazısının olub-olmaması ən çox maraq doğuran mövzulardan olub. A.İsmaylov bilidirib ki, şəxsən onda R.Səfərovun Markaryanla söhbətinin diktofon yazısı heç vaxt olmayıb, belə bir yazının mövcudluğu barədə ilk dəfə bu günlərdə eşidib: “Kimlərdəsə belə bir diktofon yazısının olub-olmadığını da deyə bilmərəm. Həmışə olduğu kimi, bu fikirdəyəm ki, Macarıstan məhkəməsinin verdiyi cəza törədilmiş əmələ və Ramil Səfərovun şəxsiyyətini xarakterizə edən hallara uyğun olmamaqla sərt olub, qalanı təfərrüatdır”.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar