Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya zəifləsə, Qarabağda müharibə başlayacaq” - Politoloq

Tarix: 24-05-2020 20:07     Baxış: 4347 A- / A+
“Rusiya zəifləsə, Qarabağda müharibə başlayacaq” - Politoloq

Ermənistan Baş naziri Nikol Paşinyan əvvəlcə “Qarabağ Ermənistandır” bəyanatını verdi. Daha sonra “Torpaqların qaytarılmasından söhbət getmir” bəyanatını yaydı. Ardınca Şuşada separatçıların saxta inaqurasiya mərasimində iştirak etməklə aparılan danışıqlara etimadı sıradan çıxardı. Azərbaycan onsuz da bəyan edib ki, Qarabağda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək və işğal edilən ərazilərimiz nəyin bahasına olursa-olsun, azad ediləcək. Faktiki konfliktin bir tərəfi olan Azərbaycan bütün ssenarilərə hazır görünür. Amma rəsmi İrəvanın addımları faktiki Minsk Qrupu həmsədrlərinin vasitəşilik missiyasının iradəsizliyini ortaya qoydu. Hələlik Minsk Qrupunda təmsil olunan Rusiya, ABŞ və Fransa sonrakı hadisələrə dair öz mövqeyini ifadə etməyib. Bu mənada Ermənistanın bundan sonra Dağlıq Qarabağ münaqişəsinə dair hansı siyasət izləyəcəyi sualı ortaya çıxır.

Bunu deyən fəlsəfə elmləri doktoru, professor Əli Abbasov hesab edir ki, əslində Ermənistanın məqsədi odur ki, status-kvo dəyişməsin, münaqişə həllini tapmasın və hər şey olduğu kimi qalsın.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyətdə olan bütün qüvvələr bu yanaşmaya sadiq qalıb:

“Paşinyan isə məhz bu istiqamətdə daxili hücumlara məruz qala biləcəyindən ehtiyat edərək, özünün “Roma papasından daha artıq kotolik olduğunu” nümayiş etdirməyə çalışır. İndiki halda Ermənistan daha çox Rusiyanın təzyiqlərindən ehtiyat edir. Son dövrlər biz Rusiyanın az da olsa, Ermənistana təzyiqlər göstərdiyinin şahidi oluruq. Rusiya xarici işlər naziri Lavrov da son çıxışında müəyyən fikirlər işlədib. Mənim fikrimcə, indi çox şey Rusiyadan asılı olacaq. Amma aydındır ki, Rusiya böyük dəyişikliklərin olmasında da maraqlı deyil”.

Politoloq qeyd edir ki, artıq danışıqlar prosesinə etimad tükənmək üzrədir:

“Təcrübə göstərir ki, danışıqlar prosesində tərəflər bir-birinə zidd mövqedən çıxış edir. Bir tərəf deyir ki, zamanında Minsk Qrupu filan planı qəbul edib, digəri deyir ki, biz ümumiyyətlə, həmin planı qəbul etmirik. Mərhələli həll planına gəldikdə, ermənilər bəyan edirlər ki, Dağlıq Qarabağın statusu öncədən müəyyən edilməlidir. Biz deyirik ki, yox, birinci işğal altında olan ətraf rayonlarımız azad edilməli, status məsələsi sonda həll edilməlidir. Təbii ki, hər tərəf öz marağından çıxış edir. Ancaq bu həm də göstərir ki, danışıqlar da nəticə yoxdur və olması da az ehtimal olunur”.

Əli Abbasov qeyd edir ki, hərbi əməliyyatların yenidən bərpası haqqında çox danışılsa da, indiki mərhələdə bu, real görünmür: “İndi dünya pandemiya ilə mübarizə aparır. Belə vəziyyətdə hərbi əməliyyatların bərpası az gözləniləndir. Lakin ola bilsin ki, vəziyyət daha da pisləşsə, daha doğrusu, Rusiyanın durumu ağırlaşsa və Cənubi Qafqaz bölgəsində zifləsə, müharibə ehtimalı qabarıq formada üzə çıxa bilər”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar