Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana rəhbərlik edən Mirzoyanın Stalinə məxfi məktubu – “1600 adamı öldürməyə…” – FOTOFAKT

Tarix: 24-05-2020 13:38     Baxış: 4241 A- / A+
Azərbaycana rəhbərlik edən Mirzoyanın Stalinə məxfi məktubu – “1600 adamı öldürməyə…” – FOTOFAKT

1926-29-cu illərdə Azərbaycanda, 1937-38-ci illərdə isə Qazaxıstanda Kommunist partiyası Mərkəzi komitəsinin 1-ci katibi olan erməni əsilli Levon Mirzoyanın Stalinə ünvanlanan və Stalin tərəfindən təsdiqlənən məxfi teleqramda 1600 şəxsin öldürülməsi üçün icazə verilməsi istənilib.

Manevr.az xəbər verir ki, üzərində “Tam məxfi” qrifli olan teleqram 1 dekabr 1937-ci il tarixində göndərilib. Stalinə ünvanlanan teleqarmda qeyd olunur ki, bizə antisovet elementlərin 1-ci kateqoriya üzrə 8 000 və 2-ci kateqoriya üzrə də 8 000 nəfərinin repressiya edilməsi üçün icazə verilib. Teleqramda Mirzoyan bildirir ki, verilən bu limit demək olar ki, tükənib: “Biz üsyançı, dağıdıcı və casus elementlərdən ibarət iki kateqoriya üzrə etdiyimiz təşkilat və qruplardan müəyyən edilən 1600 nəfər ələ keçirmişik. Qalıqların tam olaraq təmizlənməsi üçün biz xahiş edirik ki, bizim əlavə olaraq 1-ci kateqoriya üzrə 600 və 2-ci kateqoriya üzrə 1000 nəfəri repressiya etməyimizə icazə verəsiniz”.
Məlumat üçün bildrək ki, Levon İsaeviç Mirzoyan 11 ekabr 1897-ci ildə Yelizavetpol quberniyasının Şuşa şəhərində anadan olub. Levon Mirzoyan 1920-25-ci illərdə Azərbaycan Həmkarlar İttifaqının sədri, sonra Azərbaycan SSR əmək xalq komissarı, Azərbaycan KP Bakı komitəsinin katibi olub. 1925-29-cu illərdə Azərbaycan KP MK-nin 1-ci karibi vəzifəsində çalışıb. 1929-33-cü illərdə dairə komitəsinin katibi, sonra KP Ural vilayət komitəsinin 2-ci katibi işləyib. 1933-cü ildən partiyanın Qazaxıstan vilayəti 1-ci katibi, 1937-ci ildən Qazaxıstan KP MK-nin I katibi vəzifəsində çalışıb. SSRİ MSK üzvü olub. Lenin ordeni alıb.
1939-cu ilin əvvəllərində həbs edilib və həmin ilin 26 fevralında Lefortovo həbsxanasında güllələnib. 1958-ci ildə bəraət alıb./yeniavaz.com

Manevr.az
Azərbaycana rəhbərlik edən Mirzoyanın Stalinə məxfi məktubu – “1600 adamı öldürməyə…” – FOTOFAKT

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar