Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ayaz Mütəllibov: “Ermənilər diplomatiyada geri çəkilir, üstünlüyü itirir”

Tarix: 18-05-2020 19:45     Baxış: 4334 A- / A+
Ayaz Mütəllibov: “Ermənilər diplomatiyada geri çəkilir, üstünlüyü itirir”

Ermənistan ənənəvi mövqeyindən kənara çıxmaq istəmir. Problem bundadır. Odur ki, münaqişənin həlli ilə bağlı proqnoz vermək bir qədər çətindir”.

Manevr.az xəbər verir ki, bu fikirləri reyting.az-a Azərbaycanın ilk prezidenti Ayaz Mtəllibov Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib.
Ayaz Mütəllibov bildirib ki, Azərbaycan təcavüz obyekti olub:

“Bizə qarşı amansız siyasət aparılıb. İndinin özündə də düz-əməlli nəticə əldə etməmişik. Baxmayaraq ki, həm Azərbaycan, həm də Ermənistan sülh danışıqları aparır, amma indiyə qədər görüşlərin nəticəsi müsbət olmayıb”.
Eks-prezident əmin olmaq istəyir ki, danışıqların nəticəsi müsbət olacaq:
“Ancaq vəziyyət gərgindir, bu, böyük siyasətə bağlı problemdir. Çalışmaq lazımdır ki, işğal edilən torpaqlar, istər siyasi yolla, istərsə güc vasitəsilə, istərsə də xəbərdarlıq yolu ilə Azərbaycanın nəzarətinə qaytarılsın. Yəni kompleks tədbirlər görməliyik”.
A. Mütəllibov qeyd edib ki, son dövrlər Azərbaycan Prezidentinin apardığı siyasət dəstəklənir:
“Ermənilər diplomatiyada geri çəkilir, üstünlüyü itirir. Biz bütün hallarda məqsədimizə çatmaq üçün kombinasiyalı işlər aparmalıyıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar