Sizin Reklam Burada
Xəbər lenti
31 may
30 may
BÜTÜN XƏBƏRLƏR

“Rüşvət verənlər də həbs olunmalıdır” – Deputatdan tələb

Tarix: 17-05-2020 12:17     Baxış: 337 A- / A+
“Rüşvət verənlər də həbs olunmalıdır” – Deputatdan tələb

“Korrupsiyaya qarşı mübarizənin effektivliyi üçün rüşvət alanlarla yanaşı rüşvət verənlərin də həbs olunması son dərəcə zəruridir. Ona görə də artıq rüşvət verənlərin də həbs olunması təqdir olunmalıdır”.

Manevr.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik rütbəli zabitinin rüşvət verməyə görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunması məsələsinə münasibət bildirərkən deyib.

Partiya sədri qeyd edib ki, dövlətimizin təhlükəsizliyinə, onun iqtisadi inkişafına və beynəlxalq nüfuzuna qarşı böyük təhdidə çevrilmiş korrupsiyaya qarşı ölkə Prezidentinin ciddi dəstəyi ilə DTX tərəfindən səmərəli mübarizə aparılır. “Artıq bu işə prokurorluq orqanları da qoşulub, törədilən cinayətə görə cəzanın labüdlüyü prinsipi təmin edilir. İnsanlarımızın kütləvi şəkildə buna inanacağı təqdirdə korrupsiyaya ciddi zərbə vurulacaq. Ölkəmizdə insanlar rüşvət verməsə rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər. Bundan isə həm özləri, həm də vətəndaşlarımız qazanacaq”.

Q.Həsənquliyev əlavə edib ki, bununla yanaşı dövlət idarəetməsi təkmilləşdirilməlidir ki, rüşvətxorları ifşa etmək asan olsun. “İnsanların kütləvi şəkildə korrupsiyaya bulaşması və onun nəticəsi olaraq kütləvi həbsi onların ailə üzvləri, yaxınları üçün ciddi mənəvi sarsıntılara səbəb olur. Ona görə də dövlət cinayətkarları cəzalandırmaqla yanaşı onun profilaktikası istiqamətində də ciddi qərarlar qəbul etməlidir. Ailələr isə hər hansı üzvünün həbsindən mənəvi iztirab yaşamamaq üçün aza qane olmalı, onları qanun pozuntularından çəkindirməlidirlər. Əgər kimsə iş yerini itirmək qorxusu səbəbindən qanunları pozmağa məcbur edilirsə, bu barədə Prezidentə açıq müraciət etməlidir. Yalnız cəmiyyətin açıq və ciddi dəstək verəcəyi halda Prezidentin korrupsiyaya qarşı başlatdığı bu müharibədə biz qalib gələ bilərik”.yenisabah.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar