Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İqbal Ağzadə: "Əslində, Milli Şura deyilən təşkilat yoxdur”

Tarix: 16-05-2020 14:33     Baxış: 3273 A- / A+
İqbal Ağzadə: "Əslində, Milli Şura deyilən təşkilat yoxdur”

“Milli Şura mənim üçün maraqlı olmadığına görə, orda gedən prosesləri daimi izləmirəm”.

Manevr.az bildirir ki, bunu apa-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ. Ağazadə bunu onunla əsaslandırıb ki, Milli Şuranın proseslərə təsir etmək və nüfuz imkanları cəmiyyətin bütün təbəqələrini əhatə etmir: "Ona görə də bu qurumla bağlı baş verənlər cəmiyyət üçün o qədər də maraqlı deyil. İstənilən halda, eşitdiklərim və informasiya kanallarından izlədiklərim onu deməyə əsas verir ki, heç bir halda hüquqi dövlət anlayışından kənara çıxmaq və hüquq dövlətindən kənar münasibətlər sistemi yaratmaq, insanları aşağılamaq doğru deyil. Bu, əslində, çox böyük yanlışlıqdır”.

O qeyd edib ki, Milli Şuranın buraxılması heç nəyi dəyişməz: “Milli Şuraya onsuz da çox adam qoşulmayıb. Bundan sonra da kim bu quruma qoşulmaq istəmirsə, qoşulmasın. Onsuz da onlar məhdud saydadırlar. Milli Şuranın varlığı ilə yoxluğu siyasətdə heç nəyi dəyişməyəcək. Əslində, Milli Şura deyilən təşkilat yoxdur, AXCP var. Mən bu gün Ümid Partiyasının yanında “Beynəlxalq Şura” adlı qurum yaradıb, öz üzvlərimi də ora transfer edə bilərəm. Amma bu heç nəyi dəyişməyəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar