Sizin Reklam Burada
Xəbər lenti
26 may
25 may
BÜTÜN XƏBƏRLƏR

“Yalançı, əqidəsiz, primitiv..." - Natiq Cəfərli Cəmil Həsənli və Gültəkin Hacıbəyli haqda

Tarix: 15-05-2020 19:14     Baxış: 448 A- / A+
“Yalançı, əqidəsiz, primitiv..." - Natiq Cəfərli Cəmil Həsənli və Gültəkin Hacıbəyli haqda

Biz əvvəl hansı addımlar atmışıqsa, bundan sonrakı addımlarımız da ona uyğun olacaq. Yəni biz kənardan kiminsə özünün siyasi səviyyəsinə uyğun düşüncələrinə görə addımlarımızı hesablamırıq. Öz xəttimiz, dəyərlərimiz, dünyagörüşümüz var və bu istiqamətdə də davam edəcəyik. Əslində son hadisə Milli Şuranın Koordinasiya Mərkəzinin nə qədər geridəqalmış və siyasətdən uzaq olduğunu ortaya çıxardı.

Manevr.az-ın məlumatına görə, bu fikirləri teleqraf.com-a ReAl Partiyasının funksioneri Natiq Cəfərli Milli Şuranın Koordinasiya Mərkəzinin sonuncu onlayın toplantısında səsləndirilən fikirləri şərh edərkən deyib.

Xatırladaq ki, Koordinasiya Şurasının sonuncu toplantısı zamanı Gültəkin Hacıbəyli Real Partiyasının sədri İlqar Məmməovun bir siyasətçi kimi bitdiyini bəyan edib. Milli Şuranın sədri Cəmil Həsənli də bu fikri dəstəkləyib.

Real Partiyası təmsilçisi Natiq Cəfərli isə deyir ki, məlum toplantı bu adamların böyük trol ordusu saxladığını, siyasəti ancaq “like”lərlə ölçdüyünü ortaya çıxarıb: “Əslində biz çoxdandan bilirdik ki, bunlar primitivdir. Elə cəmiyyətin müəyyən bir təbəqəsi də bundan xəbərdar idi. Sonuncu toplantılarla bu düşüncə bir daha təsdiqini tapdı. Biz bundan sonra onların dediklərinə cavab vermək niyyətində deyilik, doğru bildiyimiz yolla davam edəcəyik”.

Natiq Cəfərli bildirib ki, Real Partiyası ilə Milli Şura arasında əlaqələr azı 1 ildir ki, ya yoxdur, ya da çox zəifdir: “Bir il əvvəl Milli Şuranın sədri Cəmil Həsənli bizim Brüssel səfərimizlə bağlı yalan məlumat yaymışdı. Sonradan bunun yalan olduğu da təsdiqini tapdı. O vaxt biz bəyan etmişdik ki, əgər Cəmil Həsənli üzr istəsə və o səhvini etiraf etsə, gələcəkdə məyyən təmasların qurulmasına imkan yarana bilər. Amma belə tip insanlar öz səhvlərini görməkdə çətinlik çəkirlər. Nə üzr istəyib, nə də bir addım atıb. Odur ki, təmaslarımız zatən aşağı səviyyədə idi. Hər kəs bildiyi yolla getsin, cəmiyyət də qiymətini versin”.

Sonda Natiq Cəfərli bir daha qeyd edib ki. Milli Şura real siyasətlə deyil, virtual siyasətlə məşğul olur:

“İlqar Məmmədovun bitməsi haqda boş iddia səsləndirən Gültəkin Hacıbəyli hansı arqument gətirirdi? Bəyənmələri və ya bunun əksini. Görün siyasəti nə ilə müqayisə edirlər. Əslində bunu deyən xanımın əqidəsiz olduğu çoxdan bəllidir. Əgər o siyasəti sosial şəbəkələrdə bəyənmələrlə ölçürsə, son 1 həftədə özünün və mənim yazdıqlarıma gələn bəyənmələrə baxsın. Mənə görə, bu ölçü vahidi deyil, amma onaların “ağlı” siyasəti və populyarlığı bəyənmələrlə ölçürsə, buyurub baxsın. Son bir həftədə mənim və öz yazılarına baxsın. Mənim yazdıqlarıma sosial şəbəkələrdə ən azı onun yazdığından 3 dəfə çox bəyənmə gəlir. İndi onun “boş məntiqi” ilə mən deməliyəm ki, ondan 4-5 dəfə populyar siyasətçiyəm? Bax, siyasəti belə primitiv yollarla apardıqları üçün önü açıla bilmir. Odur ki, onun səsləndirdikləri arqumentlər əslində öz səviyyələrinin göstəricisidir”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar