Sizin Reklam Burada
Xəbər lenti
26 may
25 may
BÜTÜN XƏBƏRLƏR

Generaldan sensasiyalı açıqlama: Xarici kəşfiyyatdan pul alırlar...

Tarix: 15-05-2020 13:15     Baxış: 441 A- / A+
Generaldan sensasiyalı açıqlama: Xarici kəşfiyyatdan pul alırlar...

“Sənin problemin varsa Müdafiə Nazirliyinə yaz, aidiyyatı qurumlar məsələni araşdırsınlar”.

Manevr.az xəbər verir ki, bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov son günlər ehtiyatda olan bəzi hərbçilərin Azərbaycan Ordusu barədə yaydıqları əsassız məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, ehtiyatda olan bütün zabitlər, eyni zamanda gənclər davamlı şəkildə düşmənlə informasiya müharibəsi aparmalıdır: “Dünyanın elə bir ordusu yoxdur ki, orada problem olmasın. Orduda xidmət edən zabit də, ehtiyatda olanlar da başa düşməlidirlər ki, bu, bizim hər birimizin ordusudur. Hazırda orduda xidmət edənlər də Azərbaycan vətəndaşlarıdır”.

General-leytenant Azərbaycan Ordusuna, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə qarşı aparılan böhtan kampaniyasının səbəblərini açıqlayıb: “Niyə son zamanlar informasiya müharibəsi güclənib? Çünki Azərbaycan Ordusunun uğurları artıb, döyüş qabiliyyəti yüksəlib. Bunu isə gözügötürməyənlər var. Həmin qüvvələr xarici dövlətlərin kəşfiyyat orqanlarından pul alırlar və bunun müqabilində neqativ halları reklam edirlər. Hərbi xidmətdə hansısa komandir əsgərə, vəzifəli şəxs zabitə düzgün münasibət göstərilməyibsə, sən bunu niyə reklam edirsən? Onu televiziyada niyə göstərirsən?

Axı düşmən yatmayıb. Ermənilər həmin materiallardan çox geniş formada istifadə edirlər, bundan yararlanırlar. Bizdən fərqli olaraq onlar bunu bacarır. Sabah müharibə başlayanda indi ermənilərin dəyirmanına su tökənlər həmin materiallardan yenə istifadə edəcəklər. Ona görə mənə elə gəlir ki, Azərbaycan Ordusunu daha da gücləndirmək, döyüş qabiliyyətini artırmaq, onu müdafiə etmək lazımdır”.

Y.Aydəmirov ehtiyatda olan zabitlərə çağırış edib: “Mən həmişə zabitləri çox istəmişəm, onlar ordunun qızıl fondudur. Onlar olmasa heç bir xalq yaşaya bilməz. Mənim üçün Azərbaycan Ordusunda xidmət edən və tərxis olunan əsgər də əzizdir, zabit də”./report.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar