Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Babasının şəkli Paşinyana baha başa gəldi – MÖVQE

Tarix: 12-05-2020 16:14     Baxış: 3212 A- / A+
Babasının şəkli Paşinyana baha başa gəldi – MÖVQE

Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikolay Paşinyanın İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşduğunu deməsi etirazla qarşılanıb.

Paşinyan babasının şəklini paylaşaraq yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun”.

Lakin Ermənistan mətbuatı Nikol Paşinyanın şəcərəsini təftiş edib. Araşdırmalar nəticəsində bəlli olub ki, Nikol Paşinyanın babası İkinci Dünya müharibəsi illərində SS sıralarında xidmət etməklə Hitler Almaniyası üçün çalışıb.

Manevr.az xəbərinə görə, mövzunu oxu.az üçün şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov bildirib ki, burada təəccüblü bir şey yoxdur.

C.Bəhramov qeyd edib ki, İkinci Dünya müharibəsinin başladığı ilk vaxtlarda Kiyev yaxınlığında 27 min erməni nasistlərin tərəfinə keçib:

“Onlardan 3 min nəfərlik ölüm batalyonları təşkil etdilər. Həmin batalyonlar tərəfindən Krımda 17 min 856 yəhudi öldürülüb. Ermənilərdən başqa nə gözləmək olardı ki?!”

Professor bildirib ki, 1936-cı ildə ermənilər Bostonda dərc olunan “Hayrenik” qəzetində yəhudiləri təhqir edərək, Hitler Almaniyasının tərəfini tutublar:

“Bununla da, onlar elan etdilər ki, kim Hitler uğrunda vuruşursa, Ermənistan üçün döyüşür. Bu gün isə faşistin nəvəsi Nikol Paşinyan Ermənistana rəhbərlik edir, amma onu himayə, müdafiə edirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar