Sizin Reklam Burada
Xəbər lenti
03 iyun
02 iyun
BÜTÜN XƏBƏRLƏR

Lavrovun açıqlaması Ermənistanda niyə gərginlik yaratdı? - İcma rəhbərinin cavabı

Tarix: 04-05-2020 20:21     Baxış: 465 A- / A+
Lavrovun açıqlaması Ermənistanda niyə gərginlik yaratdı? - İcma rəhbərinin cavabı

"Son günlər işğalçı Ermənistanın siyasi dairələrində aktiv şəkildə müzakirə edilən mövzu Qorçakov Fondunun təşkil etdiyi onlayn müzakirələr zamanı Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair cari vəziyyət barəsindəki açıqlamasıdır. Bununla bağlı, Ermənistan rəhbərliyi və Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindəki qanunsuz rejimin “nümayəndələri” tərəfindən ard-arda heç bir əsası olmayan açıqlamalar səsləndirilir".

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.

"Mən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hüquqi əsaslarla seçilən nümayəndəsi olaraq bildirirəm ki, belə fikirlər tam əhəmiyyətsizdir və işğal faktını ört-basdır etmək məqsədlərinə xidmət edir. Qeyd etmək istəyirəm ki, münaqişə istənilən halda Azərbaycan Respublikasının Konstitusiyasının 11-ci maddəsinə uyğun şəkildə nizamlanacaq. Həmin maddədə isə aydın şəkildə bildirilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir", - o qeyd edib.

Deputat deyib ki, Ermənistan və onun işğal olunmuş Azərbaycan ərazilərindəki əlaltıları çox şey danışa bilərlər, amma beynəlxalq ictimaiyyətin rəyi Ermənistan-Azərbaycan münaqişəsinin həllində müstəsna əhəmiyyət kəsb etməkdədir və dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə qarşı ədalətli və sərt mövqe tutub: "Bu mövqe istər BMT Təhlükəsizlik Şurasının qətnamələrində, istər çox saylı beynəlxalq təşkilatların qərarlarında, istərsə də, çox qısa müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təşkil etdiyi qondarma “seçkilərə” dünya ictimaiyyətinin kəskin reaksiyasında bir daha öz təsdiqini tapıb. Ermənistan Azərbaycan ərazilərinin işğalı səbəbindən beynəlxalq arenada tək qalmaqdadır.

Müdrik Azərbaycan xalqının atalar sözünü xatırlatmaq istərdim: Suda boğulan saman çöpündən yapışar! Görünür ki, Ermənistan rəhbərliyi və onun işğal olunmuş ərazilərdəki əlaltıları bu tipli əsassız bəyanatlarla daxili auditoriyanı sakitləşdirməyə çalışırlar. Amma, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçünlərin öz torpaqlarına geri qaytarılması münaqişənin istənilən həlli variantının əsas bəndlərindən olacaq".

"Ermənistan ordusu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün “təhlükəsizlik təminatçısı” deyil və ola da bilməz. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması bu həqiqəti çox yaxşı anlayır və əgər regionda sülhə nail olmaqda maraqlıdırsa, o zaman ən qısa vaxtda bizimlə birlikdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.

Bu günə qədər Azərbaycanın bütün hərbi və siyasi imkanlarına rəğmən, münaqişəni sülh yolu ilə həll etməyə istiqamətlənmiş səyləri məhz Azərbaycan Respublikasının insan həyatına verdiyi dəyərin göstəricisidir. Azərbaycanın sülhpərvər davranışları həm də ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən sülhyaratma missiyasına olan hörmətin bir göstəricisidir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz əminik ki, tezliklə münaqişə həll olunacaq və bizim pozulmuş hüquqlarımız tam bərpa ediləcək. Dağlıq Qarabağ bölgəmizin erməni icması ilə birgə, Azərbaycan Respublikasının vətəndaşı olmağın qazandırdığı müstəsna üstünlüklərdən yararlanaraq sülh şəraitində yaşayacağıq", - T.Gəncəliyev vurğulayıb.teleqraf.com

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar