Sizin Reklam Burada
Xəbər lenti
04 iyun
03 iyun
02 iyun
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Dağlıq Qarabağdakı "seçkilər"lə bağlı baş katibə ünvanladığı məktub BMT sənədi kimi yayılıb

Tarix: 24-04-2020 14:54     Baxış: 439 A- / A+
Azərbaycanın Dağlıq Qarabağdakı "seçkilər"lə bağlı baş katibə ünvanladığı məktub BMT sənədi kimi yayılıb

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı BMT baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Manevr.az-ın apa-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva “Twitter”də bildirib.

Sənəddə qondarma "seçkilər"in məhz mart ayının 31-nə təyin olunmasının təsadüfi olmadığı vurğulanıb.

“Təsadüfi deyil ki, bu "seçkilər" martın 31-də - Azərbaycanlıların Soyqırımı Günündə - 1918-ci ildə ermənilərin törətdikləri cinayətlər nəticəsində öldürülən minlərlə mülki şəxsin xatirəsinin Azərbaycanda anıldığı gündə baş tutdu. Şübhəsiz ki, bu cür göstərişli və kinli hərəkət inamsızlığı dərinləşdirməkdən və onsuz da əldə olunması çətin olan sülh və barışıq perspektivlərini məhdudlaşdırmaqdan başqa bir işə yaramayacaq.

Dünyanın hər bir nöqtəsində koronavirus pandemiyasının sürətlə yayılmasına baxmayaraq, bu "seçkilər" keçirildi və bunun nəticəsi olaraq, bu "seçkilər"dən dərhal sonra Azərbaycanın işğal altındakı torpaqlarında ilk koronavirusa yoluxma halları barədə məlumat verildi”, - deyə sənəddə bildirilib.

Qeyd olunub ki, Ermənistan XİN-in bu "seçkilər"lə bağlı yaydığı bəyanat Azərbaycanın işğal altında olan torpaqlarında Ermənistan tərəfindən bu "seçkilər"in səhnələşdirilməsinin digər bir sübutudur və bu addımın məqsədi oyuncaq rejimə qanuni görünüş vermək məqsədi daşıyıb, lakin bu cəhd uğursuz olub: “Bu “seçkilər” tamamilə qanunsuz bir mühitdə keçib. Bu qanunsuzluq davam edən hərbi işğaldan, Azərbaycan torpaqlarında aparılan etnik təmizləmədən, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunvericiliyini, beynəlxalq hüququn prinsip və normalarını açıq şəkildə pozmaqdan qaynaqlanır. Beynəlxalq ictimaiyyət qondarma “seçkilər”i rədd edərək və etibarsız sayaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində meydana çıxmış situasiyanın kollektiv şəkildə tanımamaqla ardıcıl və prinsipial mövqeyini bir daha təsdiqləmiş oldu”.

Sənəddə Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımayan dövlətlər və beynəlxalq təşkilatların adları qeyd olunub.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar