Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Lavrovun Qarabağ mesajı: Müzakirədə hansı sənəddir?

Tarix: 22-04-2020 09:19     Baxış: 4196 A- / A+
Lavrovun Qarabağ mesajı: Müzakirədə hansı sənəddir?

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dediyi, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən rəsmi bir sənəd danışıqlar masasında yoxdur. Sadəcə, münaqişənin danışıqlar formatında irəli sürülən təkliflər paketi mövcuddur.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Qorçakov Fondunun təşkil etdiyi onlayn “dəyirmi masa” zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Sergey Lavrov son zamanlar Paşinyan administrasiyasını münaqişəni uzatdığı üçün sərt tənqid edir:

“Hətta Münhen Təhlükəsizlik Konfransında bu yöndə Ermənistan təmsilçilərinə xəbərdarlıq belə edildi. Bu mənada Lavrov da deyəsən başa düşür ki, Ermənistan münaqişənin həllində səyləri artırmalı və aqressiv siyasətdən əl çəkməlidir”.

Politoloq deyib ki, Sergey Lavrovun hər şey üçün bir ehtiyat planı var:

“Sergey Lavrovun qeyd etdiyi razılığa konkret “Həll paketi” şəklində yanaşmaq qeyri-məqbuldur. Bu gün münaqişə tərəflərinin öz subyektiv tələbləri, maraqları var. Rəsmi Moskva da münaqişənin mərhələli şəkildə həllinə tərəfdir. Ümumiyyətlə, praktiki nöqteyi-nəzərdən münaqişənin mərhələli şəkildə həlli ən məqbul variantdır. Çünki ildən-ilə münaqişə fonunda tərəflərarası problemlər də artır. Azərbaycanın da münaqişənin həllində öz mövqeyi var. Azərbaycan münaqişənin dinc yolla həllində hər zaman maraqlıdır. Madrid prinsiplərində məhz bu faktlar qeyd olunub. Burda vurğulanmalı bir məqam var ki, Azərbaycan Dağlıq Qarabağda heç bir özünüidarəetmə orqanı tanımır. Münaqişənin dinc yolla həllinin tək variantı isə Ermənistanın işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılmasıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar