Sizin Reklam Burada
Xəbər lenti
04 iyun
03 iyun
02 iyun
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu

Tarix: 21-04-2020 10:00     Baxış: 3257 A- / A+
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu

Tanınmış jurnalist bir müddət əvvəl fəaliyyətini bərpa edən ayna.az saytı ilə əməkdaşlığa son qoyub.

Manevr.az xəbər verir ki, ayna.az saytının əməkdaşı Rumiyyə Miraslan adıçəkilən media orqanında Ramiz Mehdiyev haqqında dərc olunan məqaləyə görə işdən çıxıb.

Rumiyyə Miraslan istefasının səbəi ilə bağlı sosial şəbəkə hesabında bunları qeyd edib:

“AYNA sındı və bununla da mənimçün hər şey bitdi… Çox böyük ümidlərlə çıxdığım yol beləcə yarımçıq qaldı… Görünür, bundan sonra doğman olsa belə, güvənib iziylə getməyəsən…”

Jurnalistin istefasına səbəb “Ayna”da Ramiz Mehdiyev haqqında dərc edilən “Kəbəsi Azərbaycan, Qibləsi Ulu Öndər ucalığı” adlı məqalə olub. Şərəf Cəlilli imzası ilə gedən yazıda Ramiz Mehdiyev nəinki günümüzün dahi şəxsiyyəti kimi təqdim olunur, hətta Çingiz xanla müqayis edilir. Məqalədən sitat:

“Akademik Ramiz Mehdiyev qüdrətli dövlət xadimi, mütəfəkkir filosofdur. Onun elmi yaradıcılığı dövləti fəaliyyətinə, dövlət işləri isə elmi potensialının üzə çıxmasına maneə olmayıb.

Doğudan Batıya at çapan, çapdığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin-mədəniyyətin, elmi-irfanın gülzarına çevirən, ustad sənətkarlara, el və dil bilicilərinə köşəsinin başında yer verən “Vəsiyyətnamə”si ilə dövlət idarəçiliyinin prinsiplərini varislərinə öyrədib əmanət edən Əmir Teymur, “Qanunnamə”si ilə bəşəriyyətin dövlətçilik tarixində ilk qanunlar toplusunun – konstitusiyanın əsasını qoyan Salari hökmdarı Mərziban İbn Məhəmməd, Moğol hökmdarı Çingiz Xaqan, Fateh Mehmet, Ağqoyunlu Uzun Həsən, ustad aşıqları, xanəndələri, sənətkarları, şairləri cəm edən ədəbi-mədəni məclislər quran Cahanşah Həqiqi, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Hüseyn Bayqara kimi sərkərdə – xaqanlarımızın özləri də, mütəfəkkir filosoflar, şairlər, ustad sənətkarlar idi”.

Müəllif hökmdarlardan sonra Ramiz Mehdiyevi gəlib-getmiş məşhur vəzirlərlə, hətta Dədə Qorqudla müqayisə edib:

“Adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılan, varlığı, düşüncəsi, fərasəti və siyasəti ilə saraylarımızı zinətləndirən Baş Vəzirlərimiz olub. Pirlərə, övliyalara, peyğəmbərlərə tay tutduğumuz o müdrik şəxsiyyətlər təkcə saray mədəniyyətini, incilərini yaratmayıblar, şahlara, xaqanlara, sultanlara, şahzadələrə, əyanlara düz olan, doğru olan yolu göstəriblər.

Göytürklərin sarayını zinətləndirən, Bilgə Xaqanın atasının da, varislərinin də yol göstərəni Tonyu Kuk, Oğuz Xaqanın sarayında müdriklik, uzaqgörənlik nümunəsi olan Dədə Qorqudun, Səlcuqlu sarayında dünya fatehi Alp Arslanın və oğlu Məlikşahın xüsusi ehtiram bəslədiyi Nizamülmülk, Hülakülər Sarayında şöhrətlənən və saray müdrikliyi ilə rövnəqləndirən Xoca Nəsirəddin Tusi, Müasir Azərbaycan dövlətçiliyində özünəməxsus məqamı, mövqeyi olan, Dədə Qorqud müdrikliyi, Nizamülmülk əzəməti, Ulu Öndər ucalığı ilə mənəvi dəyərlər tariximizi zənginləşdirən akademik Ramiz Mehdiyev belə tarixi simalardan, Yaddaş Memarımızdandır!”/yenicag.az

Manevr.az

Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
Rumiyyə Miraslan








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar