Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Zərdüşt Əlizadədən koronavirusla bağlı - Şok açıqlama

Tarix: 01-04-2020 09:53     Baxış: 3328 A- / A+
Zərdüşt Əlizadədən koronavirusla bağlı - Şok açıqlama

Mən müxtəlif dövlətlərin virusların yayılmasına qarşı siyasəti haqqında danışarkən deyə bilərəm ki, Çin Xalq Respublikası səmərəli tədbirlər gördü. Çin qətiyyətli tədbirlər sayəsində bu epidemiyanın yayılmasının qarşısını ala bildi. Digər ölkələr bu pndemiyaya bir qədər səhlənkar yanaşdılar, amma sonradan onlar da sərt addımlar atmağa başladılar.

Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq hesab edir ki, virusun ortaya çıxması və yayılmasına görə Çinlə ABŞ-ın qarşılıqlı ittiham səsləndirməsi doğru deyil:

“Vaxtaşırı belə virusların yayılması, pandemiyalar olub. Bunun da qarşısını hökumətlər bu və ya digər dərəcədə alırlar. Bəşəriyyət son nəticədə istənilən bakteriyaya qalib gəlir. Tarix bunu sübuta yetirib. Yəni belə epidemiyalar bəşəriyyətin məhvinə səbəb ola bilməyib”.

Zərdüşt Əlizadə əlavə edib ki, pandemiyada ölüm və xəstəliyə yoluxma statistikasına görə, ABŞ Çini ötüb keçəcək:

“Nəzərə almaq lazımdır ki, artıq İtaliya və İspaniya ölənlərin sayına görə Çini keçib. Amma bu öz-özlüyündə göstərici deyil. Əvvəl ABŞ-ın səhiyyə naziri dedi və sonradan Tramp bunu təkrarladı ki, pandemiya əhalinin 70 faizini əhatə etsə və 200 min nəfərdən az amerikalı ölsə, bu, ABŞ-ın böyük uğuru sayıla bilər. İlk baxışdan belə bəyanat qeyri-humanist səslənir, amma riyazi baxımdan bu ağlabatan fikirlərdir. Demək istəyirəm ki, heç kəs bu pandemiyanın nəticələri haqqında tam və dolğun məlumat verə bilmir. Çünki bunun yoxlanması, sayılması məsələsi var. Əslində o ölkələrdə ki, testlər çoxdur və geniş əhalini əhatə edir, onlarda koronavirusa yoluxma halları daha çox aşkar edilir. O ölkələr ki, kasıbdırlar, ümumiyyətlə, test yoxlamaları aparmırlar, mümkündür ki, orada koronavirusdan ölənlər var, lakin heç kəs bunu bilmir.

Təsadüfən demirlər ki, yaşlı insanlar üçün bu virus daha təhlükəlidir. Çünki insan tədricən yaşa dolur, səhhəti zəifləyir və xəstəliklərinin sayı artır. Onlar vəfat edəndə koronavirus da aşkarlandığı üçün yazırlar ki, Covid-19-dan vəfat edib. Amma əslində başqa səbəblərdən də təbii ölüm halları var. Konkret olaraq ölkələrdə ölüm sayının artmaması bunu göstərir. Məsələn, İtaliyada ölüm dərəcəsi koronavirus olmazdan əvvəlki dövrIə indiki dövr arasında kardinal şəkildə artmayıb. İnsan doğulur, yaşayır və sonra da vəfat edir. Məncə, panikaya düşmək lazım deyil, bu xəstəlik də keçib gedəcək. Məşhur virusoloqların açıqlama və müsahibələrinə baxmışam. Onlar deyirlər ki, 2-3 il ərzində bu virusa qarşı immunitet yaranacaq və Covid-19 buna qədərki xəstəliklərdən biri olacaq”.

Müsahibimiz qeyd edib ki, virusun ortaya çıxmasından sonra hakimiyyətlər siyasi məqsəd naminə bu virusun təhlükəsini ilkin mərhələdə şişirdiblər: “Bu da iqtisadi çöküntüyə gətirib çıxardı. İndi də ABŞ başda olmaqla əksər dövətlərdə virus tüğyan edir. Hesab edirəm ki, pandemyadan konsprologiya nəzəriyyəsi düzəltməyə əsla ehtiyac yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar