Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“8 mart aksiyası”nın tələbləri: onlar nə istəyirlər?

Tarix: 09-03-2020 12:02     Baxış: 4302 A- / A+
“8 mart aksiyası”nın tələbləri: onlar nə istəyirlər?

Martın 8-də Bakının mərkəzində, Nizami küçəsində keçirilməsinə cəhd edilən qanunsuz aksiyanın informasiya təminatı "peşəkar" qurulmuşdu. Hiss olunurdu ki, təşkilatçılar mesajlarının auditoriyaya çatdırılmasının qayğısına qalıblar. Şüarlarının bütün cəmiyyətə çatdırılması üçün çalışdılar. Sosial şəbəkələri bir anda zəbt etdilər. Əksər platformalarda canlı yayımlar verdilər: "Susmaq yoxdur, üsyan var!"; "Küçələrdən qorxma, azadlığı boğma!"

Amma bu qədər hazırlığın fonunda yenə də "unutduqları", "boş buraxdıqları" məqamlar vardı. Məsələn, üsyana hazır olduqlarını çox açıq şəkildə bildirsələr də, nə üçün üsyan etdikləri barədə konkret bilgi vermədilər. Hansı azadlıqları boğulub ki, üsyan etmək həddinə çatıblar? Bilgi yoxdur, sadəcə üsyana çağırış var.

Üsyan özü məqsəd deyil, vasitədir, məqsədə çatmaq üçün atılan taktiki addımdır. İzahlı lüğətdə deyilir ki, "üsyan - hər hansı ictimai qrupun köhnə ictimai quruluşu, münasibətlər sistemini yıxıb, yenisini qurmaq məqsədilə törətdiyi aksiyadır". Onda sual açıq qalır: 8 mart aksiyasının təşkilatçıları üsyan etməklə hansı münasibətlər sistemini dağıdıb, hansı yenilikləri qurmaq istəyirlər? Onlar hansı məqsədlərə çatmaq istəyirlər? Bilən varmı?

Bu kontekstdə yanaşanda aydın olur ki, məqsədlərində aydınlıq yoxdur, ya da məqsədlərini şüurlu şəkildə gizlədilər. Zahiri görüntü budur ki, məişətdə qadın zorakılığından, "qadına qarşı şiddətdən" danışırlar, yetkinlik yaşına çatmayan qızların nikahlanmasını pisləyirlər, qadın hüquq və azadlıqlarının yetərli olmamasından şikayətlənirlər... Yəni, "klassik feminizm" bayrağına bükülürlər. Zatən, özlərini beləcə də adlandırırlar: "Azərbaycan Feminist Hərəkatı" (qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat).

Amma bunun fonunda bəzən elə tələblər ifadə edirlər ki, ümumi ahənglə uyuşmur, klassik feminizmin çərçivələrini aşır. Bu tələblər nəinki klassik feminizm platformasının sərhədlərini aşır, həm də cəmiyyət üçün ziyanlıdır, ictimai əxlaq normalarına ziddir, ailə institutunun dağıdılmasına yönəlib.

8 mart aksiyasının informasiya təminatı üzərində aparılan təhlillər göstərir ki, aksiya təşkilatçılarının Azərbaycan auditoriyası üçün səsləndirdikləri şüarlarla, xarici KİV-lərə ötürdükləri mesajlar arasında kəskin fərqlilik var. Daxili auditoriya qarşısında "klassik feminizm" bayrağına bükülənlər, xarici KİV-lərə ötürdükləri informasiyalarda "müasir feminist"ə çevrilirlər. Bakı küçələrində "qadına qarşı şiddətdən" danışılır, məişət zorakılığı pislənilir. Amma bu, aksiyanın yalnız görünən tərəfidir. Xarici KİV-lərə ötürülən açıqlamalarda qeyd edilir ki, təşkilatçılar "cinsi oriyentasiyasından asılı olmayaraq" bütün fərdlərin təhlükəsiz mühitdə yaşamaq haqqının" tanınmasını tələb edirlər. Bəyanat müəllifləri (aksiya təşkilatçıları) "Gender və cinsi oriyentasiyasından asılı olmayaraq, bütün fərdlərin işləmək haqqının, təhsilə çatımlılığının, bərabər imkanlar qazanmasının..." tərəfdarı kimi çıxış edir, Azərbaycanın İstanbul Konvensiyasına qoşulmasının təmin edilməsini istəyirlər. Bir sözlə, sonda bəlli olur ki, aksiya İstanbul Konvensiyasına qoşulmaq üçün Azərbaycan hakimiyyətinə təsir göstərmək məqsədi güdürmüş. Bütün transmilli KİV-lər, həmçinin Azərbaycan üzərində qurulan oyunlara alət olanlar 8 mart aksiyası barədə informasiyanı məhz bu cür təqdim edirlər: "Bakıda aksiya keçirildi: İstanbul Konvensiyasına qoşulmaq tələb edildi". Mənbə qismində isə 8 mart aksiyasının təşkilatçılarına istinad edirlər.

Nədir İstanbul Konvensiyasının mahiyyəti? Niyə açıq danışmırlar? Doğrudanmı Azərbaycan cəmiyyəti "İstanbul Konvensiyasının" qəbul edilməsini, bu yolla "cinsi azlıqların" hüquqlarının rəsmən tanınmasını özünün bir nömrəli problemi sayır? İslam dəyərlərini üstün tutan müsəlman ölkəsində belə bir hal mümkündürmü?

Xeyr, Azərbaycan cəmiyyəti "seksual azadlıq" adı altında "seksual azğınlığın", pozğunluğun yayılmasına, cəmiyyətin ana sütunu olan ailə institutunun dağıdılmasına imkan verə bilməz. Bu, birmənalıdır. Aksiya təşkilatçıları da yaxşı bilirlər. Bildikləri üçün də Bakı küçələrində bir cür şüar səsləndirir, xarici KİV-lərə verdikləri müsahibələrdə isə fərqli fikirlər səsləndirirlər. Qərb institutları tərəfindən maliyyələşdirilən bu insanlar cəmiyyətimizə mənəviyyatsızlıq, əxlaqsızlıq gətirirlər. "Üsyan edib" dəyişdirmək istədikləri ictimai münasibətlər sistemi də budur.

İndiki halda cəmiyyəti çaşdırmağı bacarırlar. Nəinki, cəmiyyət, heç öz valideynləri də 8 mart aksiyasına qoşulanların niyyətləri barədə tam bilgili deyillər. Onlar 8 mart aksiyasını qadın hüquqlarının təminatını yaxşılaşdırmaq üçün atılan addım kimi təqdim edirlər.

Cəmiyyət ayıq olmalı, öz dəyərlərinə sahib çıxmalı, bu cür aksiyaların təşkilatçılarına da layiqli cavab verməlidir.
Müşfiq Ələsgərli
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar