Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva onun və ailə üzvlərinin biznesi barədə yayılan xəbərlərdən danışdı

Tarix: 08-03-2020 13:21     Baxış: 4379 A- / A+
Qənirə Paşayeva onun və ailə üzvlərinin biznesi barədə yayılan xəbərlərdən danışdı

“Mediaya müsahibəmdə Tovuzla bağlı sualları cavablandırarkən rayonda özümün və ailəmin heç bir biznesinin olmadığını və mənim deputatlıq fəaliyyəti dövründə torpaq sahələri almadığımızı demişəm. Təəssüflə qeyd edim ki, bəzi KİV-lər və bəzi sosial şəbəkə istifadəçiləri geniş müsahibənin məhz həmin hissəsini paylaşıblar və orada bir sıra şərhlərdə ədalətsiz fikirlər səsləndirilib. Şərhlərdə mənim və ailə üzvlərimin ölkənin digər rayonlarında hansısa biznesimin olması haqda iddialar irəli sürülüb. Lakin tam məsuliyyətimlə deyirəm ki, Azərbaycanın heç bir rayonunda mənim və ailə üzvlərimin biznesi yoxdur”.

Manevr.az yenisabah.az-a istinadla xəbər verir ki, bunu 105 saylı Tovuz seçki dairəsindən millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, müsahibəsinin yayılan hissəsinə bəzi səhifələrdə doğru məlumatları özündə əks etdirməyən yorumlar gəlib:

“Guya mənim başqa rayonlarda biznesim var, Şəmkirdə hansısa restoranın şərikiyəm, Salyanda, Şamaxıda, Cəlilabadda və bir sıra rayonlarda biznesim var.
Qoy bu iddianı irəli sürənlər, belə bir söz eşidənlər ki, filan yerdə biznesim var, gedib desinlər ki, Qənirə xanım bu obyekti, bu biznesi mənə bağışlayıb. O zaman görəcəklər ki, həmin biznesin real sahibləri ortaya çıxacaq.
Çox güman ki, kimlərsə, hardasa mənim adımdan istifadə edirlər. Bizim ailəmiz 5 nəfərdir: anam, 2 qardaşım, bacım və mən. Hansımızın adına Azərbaycanda hardasa biznes olduğunu deyən adama o biznesi hədiyyə edirəm. Mən bunu tam məsuliyyətimlə deyirəm. Ölkədə heç bir biznesin arxasında Qənirə Paşayeva durmur.
Mən həyatımın heç bir dövründə biznes sahəsilə məşğul olmamışam, fərqli sahələrdə çalışmışam və çalışdığım sahələrdə uğurlar qazanmağa və gücümün çatdığı qədər insanlarımız üçün faydalı işlər görməyə can atmışam. İndi də bəlkə kimlərinsə yaydığı yanlış məlumatları oxuyan vətəndaşlarımıza səslənirəm: kim desə ki, filan rayonda Qənirə Paşayevanın biznesi var, gedib o bisnesin Qənirə xanım tərəfindən ona bağışlandığını desinlər. O zaman əslində bütün gerçəklər ortaya çıxacaq. Belə məlumatları kim yayırsa, yalan yayır. Bəzi şərhlərdə elə yerlərin, elə rayonların adı çəkilir ki, özüm də heyrət edirəm. Bu haqsızlıqdır və bu cür məlumatı yayanlara insanlarımızı etibar etməməyə çağırıram”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar