Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafa etiraz edir – Deputatdan sərt reaksiya

Tarix: 06-03-2020 18:23     Baxış: 4253 A- / A+
Fazil Mustafa etiraz edir – Deputatdan sərt reaksiya

“Bəzi qohum, tanış və ya yad insanlar müraciət edirlər ki, bəs uşaqlarını yerlərin dolması səbəbinə görə orta məktəblərin rus dilli siniflərinə götürmürlər. Xahiş edirlər ki, Təhsil Nazirliyindəki hansısa məsul şəxslərə və yaxud məktəb direktoruna deputat statusumdan istifadə edib hansısa təsir göstərim, yaxud da onlardan bu məsələnin həllini xahiş edim”.

Manevr.az xəbər verir ki, bu açıqlama ilə Milli Məclisin deputatı Fazil Mustafa çıxış edib. Deputat özünün facebook səhifəsində daha sonra bunları yazıb: “Əlbəttə, yaxşı təhsil almaq istəyən hər bir vətəndaşımız üçün istənilən və gücüm yetən bütün fədakarlıqları etməyə hazıram. Ancaq bir anlaşılmazlığı vətəndaşlarımıza izah etməyi borc bilirəm. Siz niyə uşaqlarınızı rusdilli və yaxud ingilisdilli siniflərdə oxutmağa üstünlük verirsiniz? Anlayıram ki, bu Azərbaycanda geniş yayılmış və bəlkə də məqsədyönlü şəkildə təşviq olunan bir prosesdir. Bir çox azərbaycanlı üçün sadəcə bu modadır. Yəni qonşu, qohum rusdilli və yaxud ingilisdilli siniflərə uşaqlarını göndərdiyinə görə, burada hansısa bir hikmət yatdığını düşünərək bu cür seçim edirlər. Ancaq bu adamlar öz mənasız və vaxtı keçimiş modalarını bizim vasitəmizlə niyə nümayiş etdirmək istəyirlər?”

Fazil Mustafa fikrini bu sözlərlə tamamlayıb: “Az-çox nələrisə oxumuş, yazmış bir vətəndaş kimi mən öz övladımı rus və ya ingilis dilli siniflərdə oxutmaq imkanım olsa da, Azərbaycan məktəbində və Azərbaycan dilində oxuduram. çünki bir Azərbaycan vətəndaşı kimi öz dilimə həssaslığımı kənara qoya bilmərəm. Bununla belə, ingilis və rus dillərində dərsdən sonrakı vaxtlarda uşağın hazırlığını təmin edirəm və özüm də hər gün vaxt tapan kimi bu dilləri mənimsəməsi üçün şəxsən məşğul oluram. Əlbəttə, xaricdə təhsil almasını vacib sayıram, bu da əsasən dünyagörüşünün daha yetkin inkişafı ilə bağlıdır. Təbiidir ki, orada təhsili ingilis dilində olacaqdır. Ancaq düşünürəm ki, uşağın təfəkkürü mütləq öz ana dilində formalaşmalıdır. Təfəkkür olandan sonra, onun başqa dillərə tərcüməsini təmin etməkdə heç bir narahatçılıq olmaz. Qısacası budur ki, Azərbaycan vətəndaşı olan kimsə mənə övladının orta məktəbdə rus və ya ingilisdilli sinifində təhsil almasına köməklik etmək üçün müraciət edəndə, sadəcə anlamalıdır ki, mənim prinsiplərimə hörmətsizlik edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar