Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Putinlə Ərdoğan Qarabağı müzakirə edib? - Makfarleyn

Tarix: 06-03-2020 14:54     Baxış: 2206 A- / A+
Putinlə Ərdoğan Qarabağı müzakirə edib? - Makfarleyn


Türkiyə böyük güc imici əldə etməyə cəhd edən dövlətdir və o, bu böyük regionda (Böyük Yaxın Şərq nəzərdə tutulur – red.) bütün problemlərin həllində rol oynadığını göstərməyə çalışır. Məhz bu səbəbdən Ankaranın maraqları regionda vacib rol oynayan Moskvanın maraqları ilə tez-tez toqquşur.

Bu sözləri açıqlamasında britaniyalı politoloq Nil Makfarleyn deyib. Rusiya və Türkiyə liderlərinin son görüşündən bəhs edən Makfarleyn Putin və Ərdoğanın təkcə İdliblə bağlı yox, bəlkə də qeyri-rəsmi şəkildə Qarabağdakı vəziyyətlə bağlı danışıqlar apardıqlarını da qeyd edib:

“Türkiyə çalışır ki, Cənubi Qafqazda öz təsirini artırsın, həmçinin mövqelərini gücləndirərək, Rusiya ilə danışıqlar üçün əlavə mövzular yaratsın. Bu, Türkiyənin siyasi ambisiyalarını nümayiş etdirən praktik əhəmiyyətli taktiki addımdır. Türkiyədən bu məsələdə dəstək gözləyən Azərbaycan faktorunu nəzərə almaq lazımdır. Türkiyə bu dəstəyin mövcud olduğunu açıq şəkildə göstərir. Bu kontekstdə Ankara Moskva ilə Qarabağ məsələsində danışıqların mümkünlüyünü görür. Türkiyə Azərbaycanın maraqlarını irəli sürərək mövcudluq məsələsini həll edir, amma Rusiyaya da onun regiondakı unikal rolunu etiraf etməyə mane olmur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar