Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Oqtay Şirəliyev yola salınır – Siyasi qərar var

Tarix: 04-03-2020 12:48     Baxış: 4283 A- / A+
Oqtay Şirəliyev yola salınır – Siyasi qərar var

Səhiyyə naziri Oqtay Şirəliyevdən narazıların sırası getdikcə genişlənir. Koronavirus təhlükəsinin ortaya çıxmasından sonra nazirin adı ətrafında yaranmış söz-söhbətlər səngimək bilmir. Hazırda Şirəliyev cəmiyyətin və mətbuatın narazı qaldığı hökumət üzvlərinin siyahısında birinci yerdə dayanır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Azərbaycanda rüşvətə və korrupsiyaya ən çox bulaşmış dövlət qurumlarının başında gəlir. Dövlətin balansında olan xəstəxanalarda rüşvətin tüğyan etməsi, adi xəstəliklərdən ölüm hallarının artması, keyfiyyətsiz dərman idxalı və digər səbəblər naziri hədəfə çıxarıb. Dövlət və özəl tibb müəssisələriylə bağlı şikayətlərin artması Şirəliyevin karyerasına ciddi təhlükə yaradıb.

Nazirliyin yeni dövrün çağırışlarına cavab verməməsi, operativliyi arxa plana keçirməsi, maarifləndirmə işini zəif təşkil etməsi vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Sosial şəbəkələrdə ən çox tənqid olunan hökumət üzvünün Səhiyyə naziri Oqtay Şirəliyev olduğunu indi əminliklə söyləyə bilərik.

Manevr.az xəbər verir ki, yenisabah.az-a daxil olan məlumata görə, nazir Şirəliyev artıq hakimiyyət dəhlizlərində də "arzuolunmaz adam" elan olunub. Məlumatlı şəxsin dediyinə görə, Şirəliyevin istefaya göndərilməsiylə bağlı siyasi qərar var. Nazirin yaxın günlərdə işdən çıxarılacağı şübhə doğurmur.

Mənbə bildirdi ki, Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri zamanı Oqtay Şirəliyevin onu müşayiət etməməsi də bu amillə bağlıdır. Onun sözlərinə görə, Oqtay Şirəliyevin Goranboy və Ağstafada mərkəzi xəstəxanaların açılışı mərasimində iştirak etməməsi onun tezliklə yola salınacağına şübhə yeri qoymur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar