Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Köhnə YAP-çıların yeni PLANI - İkinci hakimiyyət partiyası yaranır?

Tarix: 28-02-2020 18:23     Baxış: 3207 A- / A+
Köhnə YAP-çıların yeni PLANI - İkinci hakimiyyət partiyası yaranır?

Hakim Yeni Azərbaycan Partiyası fevralın 9-da baş tutan parlament seçkilərində böyük üstünlüklə qalib gəlsə də, yaranmış söz-söhbətlərdən, narazılıqlardan ən çox əziyyət çəkən siyasi təşkilat oldu.

Bakıda və rayonlarda YAP-ın bəzi namizədlərinə qarşı aqressiv münasibət siyasi kluarlarda ciddi müzakirə mövzusuna çevrildi. Hakim partiyanın siyahısını hazırlayan rəhbər şəxslərin namizəd seçimində şəxsi münasibətləri önə çıxardıqları vurğulandı. YAP-ın iki əsas funksionerinin – keçmiş deputatlar Hadı Rəcəbli və Hüseynbala Mirələmovun lider olduqları dairələrdə nəticələrin ləğvi partiyadaxili müxalifəti açıq müstəviyə çıxardı. İndi siyasət dəhlizlərində partiya rəhbərliyinin namizəd seçimində subyektiv amillərə üstünlük verdiyinə dair ittihamlarla tez-tez qarşılaşmaq mümkündür.

Qeyd edək ki, YAP Siyasi Şurasının sabiq üzvü, keçmiş deputat Musa Musayev partiya rəhbərliyindən narazılığını açıq şəkildə dilə gətirib. M.Musayev deyib ki, YAP-ın seçkidə iştirak edən keçmiş deputatları Hadı Rəcəbli və Hüseynbala Mirələmovun qalib ola bilməməsi, o cümlədən, YAP Ağstafa rayon təşkilatının sədri, RİH-nin başçısının müavini, Neftçala rayon YAP-ın sədri, YAP Neftçala rayon Qadınlar Şurasının sədri və həmçinin deputatlığa qadın namizədi, RİH başçısının müavini həbs edilirsə, bu kimi digər xoşagəlməz hadisələr davamlı olaraq təkrarlanırsa, onda bu onu deməyə əsas verir ki, partiyada ciddi islahatlara ehtiyac var.

55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd, əməkdar jurnalist Azər Həsrət isə YAP rəhbərliyini daha sərt tənqid edib. Əməkdar jurnalist hakim partiya funksionerlərini seçki prosesində inzibati resurslardan istifadə etməkdə günahlandırıb. Azər Həsrət YAP-ın özünü buraxmasını təklif edib.

Təşkilatdaxili müzakirələrə xüsusi həvəs göstərməyən hakim partiyada nə baş verir? YAP-ın iki aparıcı funksionerini "qurban verməsinin" arxasında hansı səbəblər dayanır?

Hakimiyyətdaxili proseslərdən yetərincə xəbərdar olan analitiklərdən biri yenisabah.az-a açıqlamasında YAP-ın "profilaktik tədbirlərə" start verdiyini bildirib. Qeyd edib ki, artıq hakimiyyət dəhlizlərində yeni siyasi partiyanın "ayaq səsləri eşidilir". Onun sözlərinə görə, ikinci hakimiyyət partiyasının yaradılacağıyla bağlı xəbərlərin intensiv xarakter alması YAP rəhbərliyini hərəkətə keçirib. Mənbə deyib ki, rəhbərlik partiyanın imicinin qeydinə qalmağı indi əvvəlkindən daha çox düşünür. YAP-ın iki əsas funksionerinin "qurban verilməsi" də bu amillə izah olunur.

İkinci hakimiyyət partiyasının yaradılacağıyla bağlı xəbərlərin gündəmdən düşməməsi təsadüfi deyil. Partiya rəhbərliyindən narazı olan keçmiş YAP-çıların bir araya gələrək, yeni siyasi təşkilat yaradacaqları istisna olunmur. YAP-ın qurucularının böyük əksəriyyətinin müxtəlif bəhanələrlə partiyadan uzaqlaşdırılmış olması bu amili bir qədər də qüvvətləndirir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar