Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erkin Qədirli mandatla bağlı açıqlama yaydı

Tarix: 21-02-2020 15:37     Baxış: 3227 A- / A+
Erkin Qədirli mandatla bağlı açıqlama yaydı

Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü Erkin Qədirli bir daha bəyan edib ki, mandatdan imtina etməyəcək.

Manevr.az xəbər verir ki, Erkin Qədirli həmçinin mandatdan imtina etmədiyinə görə onu tənqid edənlərin tələsik nəticə çıxardığını deyib.

"Ünvanıma yazılan tənqidləri, hətta söyüşləri, anlayışla qarşılayaraq, çoxlarının nəticə çıxarmağa tələsdiyini bildirməliyəm. Mən hansı riskləri üzərimə götürdüyümü, hansı məsuliyyətin altına girdiyimi yaxşı anlayıram.

Bu işdə öz xeyrimi güdmürəm, əksinə, daha çox itirirəm. Onsuz da adımdan başqa heç nəyim yoxdur, adımı xərcləyirəm. Milli Məclisdə ən zəif, dəstəksiz, hər tərəfdən vurula, ilk fürsətdə qurban verilə bilən üzv olacağımı da bilirəm. Bununla belə, ölkəmiz üçün daha uzaq hədəfləri, daha təhlükəli riskləri düşünürəm. Mandatdan imtina etmirəm, çünki məqsədim mandat deyil, heç zaman da olmayıb.

Tələsən yerimiz yoxdur. Yaxşı işlər yavaş görülür. Görək hara qədər gedə bilirik".

Erkin Qədirli fevralın 9-da keçirilən parlament seçkilərində 35.6 faiz səslə 16 saylı Yasamal ikinci seçki dairəsinin qalibi elan edilib.yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar