Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Parlamentdə erməni təxribatı – Prezident erməni naziri niyə uzaqlaşdıra bilmir?

Tarix: 19-02-2020 15:23     Baxış: 3202 A- / A+
Parlamentdə erməni təxribatı – Prezident erməni naziri niyə uzaqlaşdıra bilmir?

Azərbaycanla Ermənistan arasında lobbi və maraq mübarizəsi Ukraynaya keçib. Ukraynadan bir gün fərqlə gələn iki xəbər bundan xəbər verir.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, əvvəlcə Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi xəbəri yayılıb: “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun sözlərinə görə, Azərbaycan-Ukrayna parlamentlərarası qrupu və Ali Radanın xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıblar və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər. Ukrayna parlamentinin bu sıraya qoşulması Ukrayna-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Ancaq bu məqamda Ukraynadan başqa bir xəbər də gəldi”.

İkinci xəbər isə Ukrayna Ali Radasında xanım deputat Darya Volodinanın “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsinin qeydə alınması ilə bağlıdır: “Maraqlıdır ki, Darya Volodina Vladimir Zelenskinin rəhbəri olduğu “Xalqın qulluqçusu” partiyasının üzvüdür. Darya Volodina parlamentdə maliyyə, gömrük və vergi komitəsinin üzvüdür. Bunun özü də sual doğurur ki, dəxli olmayan komitənin üzvü nədən “erməni soyqırımı” mövzusuna maraq göstərir?

Ukrayna parlamentində Xocalı soyqırımının tanınması ilə bağlı təşəbbüsün müzakirəyə açılmasıyla eyni gündə “erməni soyqırımı” məsələsinin də qabardılması təsadüfi deyil. Bu Ukraynada azərbaycanlılarla erməni diasporları arasında gedən mübarizənin təcəssümüdür. Ukraynada azərbaycanlılarla ermənilərin sayı təxminən eynidir. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Ukraynadakı erməni diasporunun arxası daha güclüdür, ermənilərin Arsen Avakov kimi güclü naziri var ki, onu hətta Vladimir Zelenski vəzifəsindən uzaqlaşdıra bilmir. Təsadüfi deyil ki, Ukrayna parlamentində 10 ildə 4 dəfə “erməni soyqırımı”nı qəbul etdirməyə çalışan qrupun arxasında məhz Arsen Avakov dayanıb. Budəfəki erməni təşəbbüsünün arxasında da onun dayandığına dair şübhələr var. Nə olsun ki, təklifi irəli sürən deputat Zelenskinin partiyasındandır. Arsen Avakovun qrupu “soyqırımı” təklifinin məhz hakim partiyadan irəli sürməsilə izi itirməyə çalışıb. Yəni guya bu məsələdə onun əli yoxdur”.
Politoloq bildirib ki, böyük ehtimalla Ukrayna parlamenti “erməni soyqırımı” qətnaməsini qəbul etməyəcək: “Rada eyni təşəbbüsləri 2013, 2015 və 2019-cu illərdə də rədd etmişdi. Çünki rəsmi Kiyev adi məntiqdən çıxış edir. Ukraynanın bölgədə əsas tərəfdaşları Azərbaycan və Türkiyədir. Həm Bakı, həm də Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan isə BMT-dəki səsvermələrdə Krımın Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verir. Kiyev İrəvanın Ukrayna torpaqlarını zəbt edən Rusiyanın vassalığı olduğuna şübhə etmir. Elə buna görə də Vladimir Zelenski bölgə ölkələrindən yalnız Azərbaycana və Türkiyəyə səfər etməyi lazım bildi.

“Erməni soyqırımı” qətnaməsinin Ukrayna parlamentində bu dəfə də qəbul edilməyəcəyini ermənilər də bilirlər. Sadəcə, onların bu hiyləgərliyinin arxasında Ukrayna parlamentinin Xocalı soyqırımını tanımasını əngəlləmə istəyi dayanır. Yəni ermənilər Rada rəhbərliyinə demək istəyirlər ki, “əgər erməni soyqırımını tanımırsınızsa, onda Xocalı soyqırımını da tanımayın”. Ukrayna parlamentində “erməni soyqırımı” təşəbbüsünün Xocalı soyqırımının tanınması təşəbbüsündən bir gün sonra qəfil peyda olması da bundan xəbər verir. Nə qədər ki, Arsen Avakov Ukraynanın daxili işlər naziridir, bu ölkədəki erməni diasporu təxribatlarına ara verməyəcək. Vladimir Zelenkisinin və onun tərəfdarlarının Arsen Avakova ən layiqli cavabı Radanın Xocalı soyqırımını tanıması olar”. \publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar