Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vüsalə Dadaşova: “Kiçik inqilablar”dan toxunmuş “mütəfəkkir” donu geyinmək istəyi

Tarix: 18-02-2020 12:18     Baxış: 3997 A- / A+
Vüsalə Dadaşova: “Kiçik inqilablar”dan toxunmuş “mütəfəkkir” donu geyinmək istəyi

Xəbər verdiyimiz kimi fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Bütün dünyada əks-səda doğuran görüş yerli poitoloqlar, şərhçilər, siyasi xadimlər tərəfindən şərh olunur.

Bakı Dövlət Universitetinin “Ümumi fizika və Fizikanın tədrisi metodikası” kafedrasının dosenti, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən deputatlığa müstəqil namizəd Vüsalə Dadaşova da Münhen görüşünə münasibət bildirib.

Manevr.az-a açıqlama verən dosent fikirlərini belə şərh edib:

"Diqqətlə izlədim. Nə gördüm? Alçaltmayaq və şişirtməyək.
İlk anda: nur, işıqlı, rahat açıq sima və zülmət qarası yağan sifət.
Sonrası: real, tarixi həqiqətlər, təkzibedilməz faktlar və xəstə movseslərin yapdığı saxta tarixin uydurmaları. Hansı Tiqran? Plutarx yazır: Roma sərkərdəsi Lukullun əsgerleri onun ordusunu darmadağın etdikdən sonra bir birinin üzlərinə baxmırdılar. Utandıqlarından. “Məğlubedilməz” "böyük" Tiqranın qorxaq əsgərləri üzərində belə yüngül qələbə onları utandırırdı.

Davamı olaraq: qırılmazlığını dərk edən məntiqi düşüncə və riyakar söz yığımı, sofistika. “Kiçik inqilablar”dan toxunmuş “mütəfəkkir” donu geymək istəyi.
Yekun olaraq: sülh, onun əldə edilməsinin qansız-qadasız yolu təklifi və yenə də köhnə mahnılar, züm-zümzümələr, mızıldamalar. Yəni, yenədə nə “baş” gördük, nə “İn”, nə də “Yan”. Digər sözlərlə, dünya ahənginə, gedişatına zidd gerizəkalığın hökmü davam edir. Nəticəsi bəlli: qaçılmaz məğlubiyyət ağır olacaq!

Burada Tovuzda veteranlarla görüşümdən bir iqtibas:
“Məkrli zorən qonşularımızın Azərbaycan torpaqlarına göz dikməsi, hər bir yol və üsullarla bizim əzəli torpaqlarımızda yaranmış Ermənistan adlı dövlətin ərazisini genişləndirmək istəklərinin dərin tarixi olması hər birimizə aydındır... İstərdim ki, bu müharibə sülh yolu ilə həllini tapsın. Bunun üçün mümkün nə varsa, hamısından istifadə etmək lazımdır. Diplomatiya, siyasət, informasiya sahəsində kompleks tədbirlər davam etdirilməlidir, iqtisadi qüdrətimiz artırılmalıdır. Ancaq ən əsası, biz özümüzün hərbi potensialımızı dayanmadan artırmalıyıq. Dediyim istiqamətdə, hamınız yaxşı bilirsiniz ki, ölkəmizin rəhbərliyi gərgin və ciddi fəaliyyət həyata keçirir, müəyyən uğurlarımız əldə olunub. ... Məhz ardıcıl, düşünülmüş, mətin mövqe sayəsində biz istəklərimizə nail ola, torpaqlarımızı düşməndən azad edə bilərik. Başqa yol yoxdur!”.
Biz cənab Prezident İlham Əliyevin Münhendə dediklərində bunları gördük!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar