Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Mənim əqidəm maarifçilikdiir, əqidəmə həmişə sadiqəm..."– Etibar Əliyev

Tarix: 18-02-2020 10:06     Baxış: 3326 A- / A+
"Mənim əqidəm maarifçilikdiir, əqidəmə həmişə sadiqəm..."– Etibar Əliyev

"Aldığım dəstək mənim deputat seçilməm ilə məntiqi sonluğa gəlib çatdı".

Manevr.az xəbər verir ki, bu sözləri təhsil eksperti, 31 saylı Suraxanı ikinci seçki dairəsinin qalibi elan edilən Etibar Əliyev bildirib.
O qeyd edib ki, qalib gəlməsi cəmiyyətdəki nüfuzu və dairədə kifayər qədər tanınması ilə bağlıdır: "Məni ölkədə maarifçi, kitab təbliğatçısı, təhsil və elm sahəsində ekspert kimi tanıyırlar. 10-dan çox kitabın müəllifiyəm. İntensiv olaraq ölkə mətbuatında cəmiyyətimizi narahat edən məslələri gündəmə gətirirəm. 25 illik təhsil və elm sahəsində ekspert kimi fəaliyyətim ölkənin ictimai-siyasi həyatında iştirakıma şərait yaradıb.

Qərara gəldim ki, növbədənkənar parlament seçkilərində iştirak edim. Və namizədliyimi 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürdüm.

30 ildən çoxdur Qaraçuxurda yaşayıram. Elim, obam, qohum-əqrabam hamısı burda məskunlaşıb. Üstəlik Milli Elmlər Akademiyası, universitetlərdə çalışan və Yeni Günəşli qəsəbəsində yaşayan alim və müəllimlər kollektivi".

Etibar Əliyev saxtakarlıqda ittiham olunmasını əsassız sayır: "Qaragürhçuların bir qismi məni əqidəmi dəyişməkdə, ona qarşı saxtakarlıq etməkdə suçlayır. Diqqət edin: mən heç bir siyasi partiyanın üzvü deyiləm. Mənim əqidəm maarifçilikdir. Əqidəmə həmişə sadiqəm. Həmin əqidyəyə uyğun olaraq da fəaliyyətimi davam etdirirəm.

Təkrar edirəm: Qaraçuxur qəsəbəsində yaşamağım, apardığım təbliğat və cəmiyyətdəki ictimai nüfuzum qələbəmi qaçılmaz etdi. Bunu namizədlərin bir neçəsi də etiraf edir. Məni ziyalı kimi düşündürən həm də başqa məsələdir. Necə oldu ki, müəyyən zaman kəsiyində inkarçı, söyüşkən, tərbiyəsiz bir gənclik seqmenti yarandı. Necə oldu ki, bunlar bizim diqqətimizdən yayındı və artıq onlar təhlükəyə çevriliblər. Onların yeganə amalı özləri kimi fikirləşməyənləri və davranış nümayiş etdirməyənləri mənəvi terror etməkdir. Filosoflardan birinin fikridir: "Texnologiyaların inkişafı insan mənəviyyatını tamamlamasa böyük təlatümlər yarancaq." Bəli biz də həmin təlatümlərin astanasındayıq.

Hər hansı bir təhqir şantaj və böhtan kampaniyasına qarşı maarifçilik yolu ilə və hüquqi müstəvidə mübarizəmizi aparacağıq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar