Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan xofda: Azərbaycan ordusu qəflətən... - Erməni KİV

Tarix: 17-02-2020 15:38     Baxış: 3201 A- / A+
İrəvan xofda: Azərbaycan ordusu qəflətən... - Erməni KİV

Müharibədən qaçmaq olmaz, müharibə yalnız gecikdirilə bilər. İtalyan mütəfəkkir Nikola Makiavellinin bu tezisi təəssüf ki, Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış mövcud reallıqlara aiddir. Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər sadəcə, danışıq naminədir, bu, siyasi kompromisə çatmaq üçün heç bir ciddi ümid yatarmır. Tərəflər uzun müddətdir ki, münaqişə zonasında münasibətlərin danışıqlar masasında deyil, hərbi yolla genişmiqyaslı şəkildə aydınlaşdırılması üçün açıq hazırlıqlar aparırlar.

Manevr.az xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən “EADaily” nəşri yazıb.

Məqalə müəllifinin fikrincə, münaqişənin həllində nəticənin əldə olunmaması artıq Azərbaycan tərəfinin xeyrinə işləməyə başlayıb:

“Mövcud situasiya Ermənistanda fərqli şəkildə başa düşülür. Ermənistan paytaxtında öz Silahlı Qüvvələrini ən müasir silahlarla gücləndirən Azərbaycanın ildırımsürətli hərbi əməliyyatlarla gözlənilmədən Dağlıq Qarabağı ala biləcəyi ilə bağlı fikir var. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri bir anda Qarabağ cəbhəsinin bir neçə istiqamətinə sürpriz hücum etmək qabiliyyətinin olduğunu göstərdi”.

Məqalə müəllifi qeyd edir ki, dörd günlük savaşdan sonra vəziyyətin həssaslığını nəzərə alan Rusiya KTMT daxilində hərbi müttəfiqi olan Ermənistana dəstəyi artırmağa başlayıb:

“Azərbaycanın poliqonda əsas dəstəkçisi və müttəfiqi isə Yaxın Şərqdə Rusiya ilə geosiyasi qarşıdurmada olan Türkiyədir. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün Qarabağda əməliyyatlara başlayacağı təqdirdə, Türkiyə ilə birlikdə hazırladığı ortaq planı işə salacaq. Bu baxımdan, Qarabağı “Qafqazın İdlibi” adlandırmaq olar. Artıq bu məsələ də bölgədə maraqları olan Rusiya və Türkiyə arasında geosiyasi faktora çevrilir.

Amma Rusiya bölgədə Ermənistanın yeganə hərbi müttəfiqi olsa da, Azərbaycanla da münasibətləri korlamaq niyyətinə deyil. Müharibə vəziyyətində Rusiyanın seçim etməməsi Ermənistan üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq”.

Nəşr iddia edir ki, danışıqlar nəticə verməyəcəyi halda Bakı hərbi əməliyyat qərarı versə, bu, yaxın aylarda başlaya bilər:

“Bakıda hərbi ssenariyə üstünlük verilsə, Qarabağda irəliləmə qərarı yaxın aylarda, bəlkə də həftələrdə verilə bilər. Bu planın icrasına qarşıdan gələn isti aylar uyğun gəlir”.

Məqalə müəllifi fevralın 15-də Almaniyada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında keçirilən görüşü də xatırlayıb. Mənbə görüşdə tərəflər arasında kəskin fikir ayrılıqlarının açıq formada ifadə olunduğunu bildirərək, mövcud vəziyyətin İrəvan üçün ciddi risklər daşıdığını bildirib.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar