Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin qadın seçiciləri Mehriban Əliyevaya müraciət etdi

Tarix: 16-02-2020 12:55     Baxış: 4844 A- / A+
125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin qadın seçiciləri Mehriban Əliyevaya müraciət etdi

Fevral ayının 9-da Azərbaycanda keçirilən növbədənkənar deputat seçkiləriinin nəticələri elan olunsa da proses yekunlaşmayıb. Belə ki, müxtəlif dairələr üzrə saxtakarlıq və qanun pozuntusu şikayəti ilə seçkilərin nəticəsinə etiraz və narazılıq bildirilir. Şikayət olunan dairələrdən biri də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir ki, orda çoxlu sayda neqativ halların baş verdiyi, saxtakarlıq və qanun pozuntusu aşkarlandığı qeyd edilir.

Seçkinin nəticələrindən narazı qalan Zəngilan və Qubadlıdan olan məcburi köçkün xanımlar Azərbaycanın Birinci vitse-prezidenti, Biirnci xanım Mehriban Əliyevaya müraciət ediblər.

Manevr.az həmin müraciətin mətnini olduğu kimi təqdim edir:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun Prezidenti Mehriban
xanım Əliyevaya
Zəngilan və Qubadlı rayonlarından məcburi köçkün
xanımlar tərəfindən

MÜRACİƏT:

Hörmətli Mehriban xanım Əliyeva!

Biz – Zəngilanlı və Qubadlı rayonundan olan xanımlar Sizin ədalət, humanizm, dürüstlük hissinizə inanaraq, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd (hazırki deputat) İsmayılov İmamverdi İbiş oğlunun dairə və komissiya üzvlərinin müxtəlif yollarla köməkliyi, saxtakarlıqla, ədalətsiz bir şəkildə qalib elan olunmasına etirazımızı bildirir və nəticənin ləğvini istəyirik. Bunun üçün sizdən kömək istəyirik.

Hörmətli Mehriban xanım Əliyeva! Siz hər zaman anaların, qadınların , uşaqların, bir sözlə hər bir Azərbaycan vətəndaşının, məcburi köçkünlərin ümid yerinə çevrilmisiniz, hər zaman ədalətin və haqqın carçısı olmusunuz. Biz də bir ana, Azərbaycan qadını kimi bu qədər saxtakarlıqla barışa, haqqımızın tapdanmasına susa bilmərik. Biz evimizdə övlad böyüdürük, şəxsiyyət yetişdiririk, onlara tərbiyə veririk, hüquqlarını qorumağı öyrədirik. Ancaq 125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsi ətrafında yaşanan problemlərlə əlaqədar biz öz səsimizi qoruya bilmirik, haqsızlıqla barışır və qanun pozuntuları ilə millət vəkili seçilməsini izlədiriksə, onlara necə nümunə ola bilərik?

Hörmətli Mehriban xanım Əliyeva!

Biz cənab Prezident İlham Əliyevin və Sizin Azərbaycan, dövlətçilik naminə apardığınız işləri dəstəkləyirik.

Neçə vaxtdır seçkilərlə bağlı verilən açıqlamalara, ölkədəki müsbət dəyişikliyə inanıb ümidləndik, gedib səs verdik. İnandıq ki, nəhayət 25 ildir bizi bir vətəndaş, seçicisi kimi bizi saya almayan bu deputatdan (İmamverdi İsmayılov) xilas olacağıq, səsimizi eşitdirə biləcəyimiz bir millət vəkilimiz olacaq. Amma bütün ümidimiz suya düşdü.

Seçki günü baş verən nə qədər saxtakarlıqdan, hətta əvvəlki deputatın yenidən seçilməsindən sonra son ümid olaraq toplaşıb bu müraciəti edirik. Bir ana, vətəndaş , məcburi köçkün həyatı yaşayan qadınlar kimi bunu özümüzə borc bilirik. Övladlarımızın gələcəyi naminə bu qanunsuzluğa yol verə bilmərik. Ümidimiz Sizə və cənab Prezident İlham Heydər oğlu Əliyevədir. İnanırıq ki, bizim Sizə olan müraciətimizə həssasiyyət göstərəcək və səsimizə səs verəcəksiniz. “Siz səs versəniz də, verməsəniz də seçiləcəyəm” deyən bir şəxsin bizim deputatımız olmasına imkan verməyəcəksiniz. Öncədən təşəkkürlər!”

Həmçinin, xanımlar bir araya gələrək Birinci xanıma fikirlərini videomüraciət vasitəsilə də çatdırıb və ədalətin bərpa olunacağına inandıqlarını bildiriblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar