Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fəzail Ağamlıdan seçkilərlə bağlı ŞOK AÇIQLAMA

Tarix: 14-02-2020 20:51     Baxış: 3223 A- / A+
Fəzail Ağamlıdan seçkilərlə bağlı ŞOK AÇIQLAMA

Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərdə bəzi millət vəkillərinin, xüsusən də yaşlı nəslin nümayəndələrinin namizədliyini yenidən irəli sürməsi və təkrar mandat qazanması cəmiyyətdə narazılıqlara səbəb olub.

Manevr.az-ın məlumatına görə mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Ana VətənPartiyasının sədri Fəzail Ağamalı bildirib ki, bunu deyənlərin peşəkarlıq səviyyəsi aşağıdır və parlamet tamamilə yenilənərsə, Azərbaycanda siyasi böhran yarana bilər:

“Əsassız fikirlərdir. Növbədənkənar parlament seçkiləri parlamentin 125 deputatının tamamilə yenilərlə əvəzlənməsi demək deyil. Bu çox böyük, ciddi problemlər yarada bilərdi. Ola bilər ki, bəzi insanlar özünü cəmiyyətdə təsdiq edib, amma parlament təcrübəsi yoxdur”.

Qanunvericiliyin çox ciddi sahə olduğunu bildirən Fəzail Ağamalı bildirib ki, parlament təcrübəsi üçün ən azı 2-3 il işin içində olmaq lazımdır:

“Qanunverici prosesdə iştirak etmək üçün ən azı prosedur qaydalarını bilmək lazımdır. Burada peşəkarlıq tələb olunur. Dünyada gedən iqtisadi, siyasi, sosial proseslərin dərindən bilgisi tələb olunur. Bunu Azərbaycanla sintez etmək, ölkəmizin maraqlarına uyğun olaraq qanunvericilik aktında əks etdirmək lazımdır. Bu halda gənclərin gəlməsi böyük fəsadlar törədər. Azərbaycanda ciddi siyasi böhran yaşana bilər. Təəssüf edirəm ki, belə şeyləri nəzərə almırlar. Görünür ki, bu fikirləri söyləyənlərin peşəkarlıq səviyyəsi aşağıdır. Onlar hadisənin gedişinə əsaslanmış arqumentlərlə deyil, koorparativ maraqlarla münasibət bildirirlər”.

Seçkinin nəticələrinə münasibət bildirərkən Fəzail Ağamalı qeyd edib ki, ən gənc deputatın yaşı 26-dan başlayır və hər yaşda üzv olduğu üçün bu tənzimlənmə kifayət qədər qaneedicidir:

“Əgər bu gün parlamentə gələnlərin 55 faizdən çoxu 60 yaşdan aşağıdırsa, 70 yaşdan yuxarı olanlar, hansı ki, onların böyük siyasi təcrübəsi var, yüksək peşəkarlığı var, bunlar heç parlamentin 17 faizini təşkil etmir. 28 faizi isə orta yaşlılardır. 45 faiz köhnələr olduğu halda, 55 faiz yenilərdir. Daha bundan artıq nə cür yenilənmə olmalıdır?”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar