Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Parlament seçkilərinə onlar “nöqtə” qoyacaq - ADLAR

Tarix: 11-02-2020 16:51     Baxış: 4287 A- / A+
Parlament seçkilərinə onlar “nöqtə” qoyacaq - ADLAR

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən ən geci 20 gün keçənədək Dairə Seçki Komissiyalarının protokollarını yoxlamalıdır.

Manevr.az-ın xəbərinə görə, MSK bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi doqquz hakimdən ibarətdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. Sona Salmanova isə Konstitusiya Məhkəməsinin sədr müavinidir.

Digər hakimlər isə aşağıdakılardır: Südabə Həsənova, Mahir Muradov, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov, Kamran Şəfiyev.

Qeyd edək ki, qanunvericiliyə görə, yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə müvafiq sənədlərə baxılma müddətini artıra bilər.

Dairə Seçki Komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar