Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İqbal Ağazadə: “Əlimdə bütün görüntülər var, saxtakarlıq olduqca aydındır” - VİDEO

Tarix: 10-02-2020 20:14     Baxış: 4223 A- / A+
İqbal Ağazadə: “Əlimdə bütün görüntülər var, saxtakarlıq olduqca aydındır” - VİDEO

Ümid partiyasının sədri, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə açıqlanan nəticələrin doğru olmadığını bildirib.

Manevr.az xəbər verir ki, İqbal Ağazadə bütün seçki məntəqələrini anbaan izlədiklərini bildirib:

"Seçki dairəsində çəkilən bütün görüntülər əlimizdə var. Neçə seçicinin iştirak etdiyi və nəticələr açıldıqdan sonra kimə səs verdiklərinə dair videolar var. Bu gün MSK tamamilə uydurma cavablar açıqlayıb. Bir neçə məntəqənin cavabları isə ümumiyyətlə açıqlanmayıb. 3 məntəqə ancaq hərbi hissəyə aid idi. Hərbi hissələrdən 3 məntəqə üzrə mənə cəmi 15 səs verilib. Rauf Arifoğluna isə min beş yüz səs verilib. Bu çox gülünc məqamdır. Bir qaziyə səs verməyən hərbçilər başqa birinə nə üçün səs veriblər bu da çox maraqlıdır".
İqbal Ağazadə həmçinin bildirib ki, MSK tərəfindən açıqlanan cavablardakı saxtakarlıq olduqca aydındır:
"Təsəvvür edin 4 məntəqənin hər birindən mənə 150 səs çıxdığını bildirirlər. Sanki kiməsə aylıq standart maaş yazırlarmış kimi rəqəmlər təyin ediblər. Bütün bunlar barədə narazı tərəf kimi şikayətlərimi artıq vermişəm".
Ümid partiyasının sədri, bütün saxtakarlıqlara baxmayaraq qələbə qazanacaqlarını bildirib:
"Heç kəs bu prosesə açıq-aydın müdaxilə edə bilməz. ATƏT-in iki missiyası ABŞ və bir çox xarici ölkələrinin səfirlərinin nümayəndələri prosesi gözləri ilə görüblər, videoya çəkiblər. Dünən gecə ATƏT-in iki missiyası saat 4-ə qədər dairəni tərk etməyiblər. Ancaq bizim bütün müşahidəçilərimiz polis zoru ilə dairədən çıxarıldı".yeniavaz.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar