Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərov:"Müəllimləri seçkini saxtalaşdırmaq üçün vasitəyə çevrilirlər"

Tarix: 06-02-2020 20:09     Baxış: 4351 A- / A+
Şahlar Əsgərov:"Müəllimləri seçkini saxtalaşdırmaq üçün vasitəyə çevrilirlər"

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə təbliğat-təşviqat kampaniyası davam edir.

Sosial şəbəkələrdə isə müxtəlif məktəb direktorlarının müəllimlərə tapşırıqlar verərək, hər hansı bir namizədə səs verməyə məcbur edildiyi haqqında ittihamlar paylaşılır.
Bundan öncə də orta məktəb müəllimlərinin adı seçki saxtalaşdırma ittihamları ilə çəkilirdi. Belə ki, ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı bir neçə məntəqədə səs verməyə çalışdığı iddia edilən müəllimlər gündəm olmuşdu. Bu məqamlar müəllimlərin nüfuzuna da xələl gətirir. İnsanlar düşünürlər ki, orta məktəblər, direktorlardan asılı olan müəllimlər seçki saxtalaşdırmasına cəhd edən şəxslər üçün effektiv vasitədir.

Manevr.az bildirir ki, modern.az-a açıqlamasında məsələyə münasibət bildirən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov müəllimlərin bələdiyyə və ya parlament seçkilərinə zorən cəlb olunduğunu söyləyib:

“Burada Təhsil Nazirliyində heç bir təqsir görmürəm. Əvvəllər təhsil sisteminin iki subyekti var idi: öyrənən və öyrədən. İndi isə təhsil sisteminin subyektləri çoxalıb. Bu subyektlərdən biri də icra hakimiyyətidir. Dövlət İmtahan Mərkəzi və digər müxtəlif qurumlar bura daxildir. Ona görə, məktəb çoxsubyektli quruma çevrilib. Belə olduqda isə düzgün qərarı qəbul etmək çox çətindir. Müəllimlər seçkiyə göndərilirlər. Hətta seçkini saxtalaşdırmaq üçün vasitəyə də çevrilirlər”.

Ş. Əsgərov düşünür ki, müəllimin ictimai şüuru olmalıdır:

“Ölkənin Prezidenti tələb qoyub ki, ədalətli seçki keçirilsin. İcra hakimləri də, məktəb direktorları da buna əməl etməlidirlər. Mən müəllimlərə məsləhət görürəm ki, xalqın dediyi adama səs versinlər. Prezidentə kömək etsinlər. Hamımız Prezidentimizin həyata keçirdiyi islahatlara dəstək verməliyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar