Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Fərəc Quliyev başqa bir namizədlə razılığa gəlmişdi, həmin şəxs onun xeyrinə...” - Müavininindən etiraf

Tarix: 06-02-2020 19:05     Baxış: 4233 A- / A+
“Fərəc Quliyev başqa bir namizədlə razılığa gəlmişdi, həmin şəxs onun xeyrinə...” - Müavininindən etiraf

Bir neçə gündür, mətbuatın gündəminə çevrilən 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədlər Fərəc Quliyev və Mehman Hüseynov arasındakı qalmaqallı səsyazısı ətrafında söz-söhbətlər səngimək bilmir.

Ötən gün Mərkəzi Seçki Komissiyasının Fərəc Quliyevə xəbərdarlıq etməsi də məsələnin gündəmdən apara bilmədi.

MSK məsələ ilə bağlı Baş Prokurorluğa da şikayət edildiyini, bu qurumun qərarını gözləmək lazım olduğunu diqqətə çatdırdı.

Manevr.az xəbər verir ki, bu qalmaqalla bağlı modern.az Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasından münasibət alıb.

Partiyanın sədr müavini Şakir Ağayev bu məsələ ilə bağlı geniş fikirlərimi ayın 9-dan sonra bildirəcəyini vurğulayıb. Buna baxmayaraq, Ş.Ağayev bəzi məqamlara aydınlıq gətirib:

“Biz Mehman Hüseynovla danışıqda partiya olaraq iştirak etməmişik. Fərəc bəy özü qeyd etdi ki, ona tamamilə səmimi şəkildə xəstəliyi ilə əlaqədar kömək əli uzatmaq istəyib. Mehman Hüseynov isə qeyri-obyektiv addım ataraq, Fərəc bəylə təxmini 45 dəqiqə davam edən dialoqunu montaj edərək, 15 dəqiqəsini yayımlayıb. Ona görə, mənim də bu məsələ ilə bağlı fikir bildirməyim düzgün olmaz.

Biz partiya idarə heyəti olaraq, dünən bu məsələni müzakirə etdik. Partiyanın seçki kampaniyası çox yüksək səviyyədə aparılıb. Belə də davam edirdi. Fərəc bəy həmin dairənin deputatıdır. İndiki mərhələdə də hər həftə dairədə görüşlər keçirib, seçicilərin dəstəyini qazanıb. Mehman Hüseynovu yanına çağırmasına şəxsən mən də narazılığımı bildirdim, etiraz etdim ki, ehtiyac yox idi. Mehman Hüseynovun isə bu cür addım atması heç düzgün hərəkət olmadı.

Fərəc Quliyev başqa bir nəfərlə də razılığa gəlmişdi, həmin şəxs də onun xeyrinə namizədliyini geri götürmüşdü. Mehmanla danışmazdan əvvəl də bizimlə məsləhətləşsəydi, etiraz edərdik. Yenə də çağırıb və onun müalicəsi üçün dostlara müraciət edib, köməklik göstərə biləcəyini qeyd etmişdi. Mən Fərəc bəylə uzun müddətdir bərabər addımlayıram. Bilirəm ki, onun maliyyə durumu da elə böyük deyil ki, kiməsə nə isə təklif etsin. Elə Mehmana da kömək təklifi sadəcə “dostlara müraciət edərik, müalicə üçün yardım edərlər” şəklində olub”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar