Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Deputatlığa namizəd bukletini apteklərdən dərman alan xəstələrin torbasına qoydurur”

Tarix: 04-02-2020 15:47     Baxış: 2189 A- / A+
“Deputatlığa namizəd bukletini apteklərdən dərman alan xəstələrin torbasına qoydurur”

Seçki günü yaxınlaşdıqca qeydə alınmış deputatlığa namizədlərin bəziləri namizədliyini geri götürür, rəqiblər arasında gərginlik daha da artır.

Manevr.az xəbər verir ki, deputatlığa namizəd Əpoş Vəliyev bizimyol.info-ya bildirib ki, 9 saylı Binəqədi ikinci seçki dairəsinin keçmiş deputatı Kəmaləddin Qafarovu binəqədililər son 5 ildə görməyib, adını bilməyib, səsini eşitməyib.
“Deputatlığa namizəd bukletini apteklərdən dərman alan xəstələrin torbasına qoydurur”

“Ötən 5 illik üçün səs verən Binəqədililər deputatın fəaliyyətindən gül tutub, növbəti 5 illik üçün səs versələr yəqin ki, gülab çəkəcəklər. Gəlin Zavodun yataqxanasına, Neftçilərin yataqxanasına, Xutora, Baksola, Stroydetal küçəsinə və Rəsulzadə qəsəbəsindəki digər bütün ünvanlara gedək. Görək o ərazilərdəki seçicilərdən kimsə Binəqədinin keçmiş deputatını tanıyırmı? Üzünü görüb səsini eşidibmi?
“Deputatlığa namizəd bukletini apteklərdən dərman alan xəstələrin torbasına qoydurur”

Deputatların öz ərazilərindəki seçicilərlə maraqlanmaması, ərazilərdəki problemlərin vaxtında lazımi qurumlara çatdırılmaması xalqın narazılığının, aqressivliyinin pik həddə çatmasıyla nəticələnmişdi. Ölkə başçısı çıxışlarından birində qeyd etdi ki, "Bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir”,-deyə Ə.Vəliyev bildirib.

Deputatlığa namizəd qeyd edib ki, bəzi namizədlər özləri deyil, imza vərəqlərini kimlərəsə verib imza toplatdırıblar: “Bəzi namizədlər Dairə Seçki Komissiyasının sədrinə tapşırıq verib rəqib namizədlərə təzyiq etdirmək. Amma bəzi namizədlər hətta bukletlərini apteklərdən dərman alan xəstələrin dərman torbasına qoydururlar, şəkillərini qanunla qadağan olduğu halda aptek vitrinlərinə vurdururlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar