Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vüsalə Dadaşova seçiciləri ilə görüşdü:Bu dəfə Qarapapaqda- ŞƏKİLLƏR

Tarix: 02-02-2020 23:22     Baxış: 4831 A- / A+
Vüsalə Dadaşova seçiciləri ilə görüşdü:Bu dəfə Qarapapaqda- ŞƏKİLLƏR

9 fevral seçki gününə sayılı günlər qalır. Deputatlığa namizədlər seçiciləri ilə görüşləri davam etdirir.

106 saylı Qazax-Tovuz-Ağstafa Seçki Dairəsindən müstəqil namizəd Vüsalə Dadaşova da daima seçicilərinin yanındadır. Davamlı olaraq müxtəlif məkanlarda sakinlərlə görüşür, onların problemləri ilə maraqlanır.
Manevr.az xəbər verir ki, V.Dadaşovanın seçicilərlə növbəti görüşü Qazax rayonunun Qarapapaq kəndində baş tutub. Əvvəlki görüşlər kimi, bu görüş də çox səmimi keçib. Xanım namizəd seçicilərin qayğı və problemləri ilə maraqlanıb, təklif və iradlarını dinləyib, suallarını cavablandırıb. Sonra namizəd platformasını açıqlayıb, problemlərin həlli yolunda atılacaq addımlardan danışıb. Seçicilər V.Dadaşovanı dəstəklədiklərini və seçki günü ona səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Vüsalə Dadaşova (Müseyibova) Valeh qızı, 1970-ci ildə Bakı şəhərində anadan olub. Əslən Tovuzludur.

1987-ci ildə Bakı şəhəri 159 saylı orta ümumtəhsil məktəbini əla qiymətlərlə, 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1992-1997-ci illərdə təyinatla Bakı şəhəri Yasamal rayonu 286 saylı ümumtəhsil məktəbində fizika müəllimi işləyib, paralel olaraq bu illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində dissertant kimi elmi fəaliyyətə başlayıb.

1997-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin “Yarımkeçiricilər fizikası” kafedrasına baş laborant vəzifəsinə təyin olunub, eyni zamanda həmin fakültənin “Ümumi fizika” kafedrasında saat hesabı müəllim olaraq fəaliyyətə başlayıb, 2006-cı ildən həmin kafedrada müəllim vəzifəsinə təyin olunub.

2008-ci ildə AMEA-nın müxbir üzvü, prof. Aydın Kazımzadənin rəhbərliyi altında “Bərk cismlər fizikası” üzrə elmi dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə alimlik dərəcəsi almışdır.

2012-ci ildən cari dövrədək “Ümumi fizika və Fizikanın tədrisi metodikası” kafedrasının dosenti vəzifəsində işləyir.

Yerli və xarici jurnallarda çap olunan bir çox elmi məqalələrin müəllifidir. Mütəmadi olaraq yerli və beynəlxalq elmi konfransların, ictimai-siyasi tədbirlərin məruzəçisi və iştirakçısı olub.

2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilərdə deputatlığa qeydə alınmış namizəd olub.

2019-cu ilin dekabrında Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

Ailəlidir, bir qızı, bir oğlu var. Həyat yoldaşı, Dadaşov Gəray Bədrəddin oğlu, Tovuz şəhərində anadan olub, hal-hazırda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində şöbə müdiri vəzifəsində işləyir.

Manevr.az
Vüsalə Dadaşova seçiciləri ilə görüşdü:Bu dəfə Qarapapaqda- ŞƏKİLLƏR
Vüsalə Dadaşova seçiciləri ilə görüşdü:Bu dəfə Qarapapaqda- ŞƏKİLLƏR
Vüsalə Dadaşova seçiciləri ilə görüşdü:Bu dəfə Qarapapaqda- ŞƏKİLLƏR
Vüsalə Dadaşova seçiciləri ilə görüşdü:Bu dəfə Qarapapaqda- ŞƏKİLLƏR
Vüsalə Dadaşova seçiciləri ilə görüşdü:Bu dəfə Qarapapaqda- ŞƏKİLLƏR
Vüsalə Dadaşova seçiciləri ilə görüşdü:Bu dəfə Qarapapaqda- ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar