Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ münaqişəsinin müharibədən başqa həll yolu qalmayıb — Tofiq Zülfüqarov

Tarix: 30-01-2020 15:24     Baxış: 4194 A- / A+
Qarabağ münaqişəsinin müharibədən başqa həll yolu qalmayıb — Tofiq Zülfüqarov

“Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən heç nə gözləmirəm. Çünki Ermənistanın baş naziri Nikol Paşinyanın son məlum bəyanatlarından sonra Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlar heç bir nəticə verməyəcək”.

Manevr.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrədə keçirilən görüşü barədə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Paşinyan açıqlamasında bəyan edib ki, işğal altında olan torpaqları işğaldan azad etmək və bunu müzakirə etmək niyyətində deyil. “Bundan sonra danıqışıqlar prosesindən nəsə gözləməyin mənası yoxdur. Görüş iki gün davam etsə də, nəticəsi olmayacaq”- sabiq nazir deyib.
O, əlavə edib ki, hər bir siyasi prosesin bir məıntiqi sonluğu olur. “Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi məntiqi sonluğu iflasla nəticələnib. Ermənistan torpaqları azad etmək istəmir və belə bir niyyətləri də yoxdur.

Təbii ki, danışıqlar prosesinin iflasa uğramasının zərbəsi bir tərəfdən münaqişənin tənzimlənməsində vasitəçi rol oynayan ATƏT MQ həmsədrlərinə dəyir. Çünki ATƏT MQ həmsədrləri 30 ilə yaxındır ki, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimləməsi istiqamətində aparılan danışıqlar prosesi ancaq imitasiya xarakteri alıb. Artıq Ermənistanın tərəfinin son açıqlamasından sonra imitasiya üçün də əsas qalmayıb. Ona görə də ATƏT MQ həmsədrləri fikirləşir ki, necə edək danışıqlar prosesi adı altında imitasiyanı davam etdirək. Ortaya nəsə yeni bir şey ataq ki, guya danışıqlar prosesi gedir”-T.Zülfüqarov bildirib.
Sabiq nazirin fikrincə, münaqişənin iki həlli yolu var: “Biri danışıqlar yoludur. Ermənilər də danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil. Odur ki, torpaqların işğaldan azad edilməsi üçün müharibədən başqa alternativ yoxdur. ATƏT MQ həmsədləri də deyə bilmir ki, gedin müharibə yolu ilə torpaqlarınızı azad edin. O baxımdan da həmsədrlər imitasiya xarakterli danışıqları davam etdirməklə vaxrı uzatmağa çalışırlar. İndi iki gündür oturub fikirlərşirlər ki, hansı bir yeni təklif ortaya ataq, guya danışıqlar prosesi davam edir. Həmsədrlər hazırda bu fikrin üzərində işləyirlər. Yeni təklif ortaya atmaqla içitasiya xarakterli danışıqları uzatsınlar. Məsələn, belə bir təklif irəli sürülə bilər ki, qarşılıqlı etimad mühiti yaratmaq üçün daha jurnalistlər yox, deputatlar, həkimlər, mühəndislər, ictimai yaxud incəsənət xadimləri qarşılıqlı səfər etsinlər. Bunlar danışıqlar prosesinə təsir etməyən, boş, mənasız təkliflərdir. Əgər torpaqlarımızı işğaldan azad etmək isyətiriksə müharibədən başqa alternativ yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar