Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Rüsvayçılıq sazişi” - Trampın Yaxın Şərq planı ABŞ-da sərt tənqid olundu

Tarix: 30-01-2020 05:39     Baxış: 3203 A- / A+
“Rüsvayçılıq sazişi”

ABŞ prezidenti Donald Trampın Fələstin-İsrail münaqişəsinin nizamlanması üzrə açıqladığı plan İsrail və bir neçə dövlət xaric, sərt tənqidlərə səbəb olub və “təktərəfli” olaraq dəyərləndirilib.

Manevr.az xarici agentliklərə istinadən xəbər verir ki, Fələstin rəhbərliyi planda İsrailin İordan çayının qərb sahilindən getməsi, Qüdsün şərq hissəsinin verilməsi kimi əsas tələblərinin yer almadığını bildirərək qəti şəkildə rədd cavabı verib.

“ABŞ prezidentinin açıqladığı sənəd sadəcə bizə qarşı bir sui-qəsddir. Biz İsrailin planlarını pozmaq üçün Müqavimət cəbhəsi formatına üstünlük verəcəyik”,-deyə prezident Mahmud Abbas bildirib. XƏMƏS isə Trampın planının tarixin zibilliyinə gedəcəyini bildirib. Qurumun nümayəndəsi Əbu Zühri “əsrin sazişi”nin ona sərf olunan mürəkkəb dəyərində olmadığını söyləyib.

Donald Trampa əsas tənqid daxili cəbhədən, Demokrat partiyasından gəlib.

Senatdakı demokratlar bununla bağlı prezidentə məktub yollayaraq onun təkliflərinin təktərəfli və Fələstininin iştirakı olmadan hazırlandığına diqqət çəkiblər. Müxalifətçi senatorların fikrincə, bu sazişin sadəcə tərəflərdən birinin xeyrinə olması münaqişənin ikidövlətli həllini məhv edir. Bundan başqa İsrailin İordan çayının qərb sahilində suverenliyinin təsdiq olunması beynəlxalq hüquq normalarının birbaşa pozulmasıdır.

Gözlənildiyi kimi plan Türkiyə və İranda da sərt təpkilərə səbəb olub. Türkiyə XİN “əsrin müqaviləsi”ni Fələstin torpaqlarının uzurpasiyasına yönəlik işğalçılıq , habelə Fələstin dövlətçiliyi ideyasının məhvi kimi qiymətləndirib. Rəsmi Ankara “İsrailin tiraniyasını leqallaşdıran planların gerçəkləşməsinə yol verməyəcəklərini” açıqlayıb.

Öz növbəsində İran xarici işlər naziri Cavad Zərif sənədi Yaxın Şərq üçün “kabus” adlandırıb və bunun dünya müsəlmanlarının birləşməsi üçün siqnal olduğunu deyib.

Bölgənin önəmli dövlətlərindən Misir və İordaniyanın reaksiyası daha yumşaq olub. Rəsmi Qahirə ABŞ-ın himayəsi altındakı danışıqların bərpası kanallarının açılması üçün tərəfləri “sazişi” daha diqqətlə incələməyə çağırıb. İordaniya isə münaqişənin ikidövlətli çözümü ilə bağlı mövqeyini dəyişdirməyəcəyini bəyan edib. Bundan başqa rəsmi Amman məsələnin Ərəb dövlətləri liqasında (ƏDL) müzakirə olunmasının vacib olduğunu vurğulayıb. ƏDL baş katibi Əhməd Əbül Geyt planın fələstinlilərin hüquqlarını pozduğunu dilə gətirib.

Səudiyyə Ərəbistanı isə ABŞ-ı dəstəkləyən bəyanatla çıxış edib və rəsmi Vaşinqtonun böhranın həlli yolundakı səylərinə yüksək qiymət verdiklərini açıqlayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar