Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tahir Kərimli əlindən tutduğu qadından danışdı

Tarix: 26-01-2020 12:47     Baxış: 3299 A- / A+
Tahir Kərimli əlindən tutduğu qadından danışdı

“Həmin yaşlı xanım Ağsu rayonunun Bico kəndində görüş zamanı mənə yaxınlaşıb dedi ki, evi qəzalı vəziyyətdədir. Ona dedim ki, iclas bitsin, evə baxış keçirək. Dedi, inanmıram. Görüş bitdikdən sonra öz avtomobilimlə həmin xanımın evinə getdik, baxış keçirdik. Yaşlı xanımı görüşə məcburi gətirməmişəm, probleminə görə gəlmişdi. Orada şəkli kim çəkib, niyə çəkib, bilmirəm...”

Manevr.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Tahir Kərimli deyib.

T.Kərimli ucuz piarla məşğul olmadığını qeyd edib: “Düzdür, deputatlığa bəzi namizədlər süni görüntü yaratmaqla məşğuldur, amma biz heç vaxt o işlə məşğul olmamışıq. Hərə bir söz deyir, doğrusu, fikir vermirəm. Ağsu rayonunun Rəhimli kəndində də bəzi iradlar səsləndirildi. Faktiki olaraq, o kənddə keçirilən bütün tədbirlərdə iştirak etmişəm. Sakinlərin bəzi hallarda görüşlərimizdən xəbərləri olmayıb. Prezident İlham Əliyev də tövsiyə edib ki, deputatlar seçicilərlə görüşlər keçirməlidir. Seçicilərlə görüş üçün qarşılıqlı maraq lazımdır... Təəssüflər olsun ki, bəzilərinin vəziyyətdən xəbəri olmadan məlumatları paylaşır, əleyhimizə kampaniya aparırlar. Bacardığımız qədər sakinlərlə görüşlər keçiririk”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar