Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

İki icra başçısının seçki oyunbazlığı: Şəxsiyyət vəsiqələri toplanır

Tarix: 22-01-2020 12:56     Baxış: 4282 A- / A+
İki icra başçısının seçki oyunbazlığı: Şəxsiyyət vəsiqələri toplanır

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov fevralın 9-da keçiriləcək parlament seçkilərinin saxtalaşdrılmasına hazırlıq görür.

Manevr.az xəbər verir ki, bu haqda “Olaylar” İnforrmasiya Agentliyi də məlumat yayıb. Həmin rayonlarla bağlı olan mənbələrdn bizə çatan məlumatlara görə, Malik İsaqov və Ramiz Həsənov idarə, müəssisə rəhbərlərindən, məktəb direktorlarından hər birinin 10 nəfərin şəxsiyyət vəqisəsini toplamağı və təqdim etməyi tələb edib.
İki icra başçısının seçki oyunbazlığı: Şəxsiyyət vəsiqələri toplanır

Eyni zamanda həmin şəxslərə hədə-qorxu gəlinir, özü və yaxınları Yeni Azərbaycan Partiyasnın namizədinin xeyrinə səs verməyən idarə, müəssisə müdirlərinin, qohum-əqrəbasının işdən çıxarılacağı ilə hədələnirlər.
İki icra başçısının seçki oyunbazlığı: Şəxsiyyət vəsiqələri toplanır

Məlumdur ki, Prezident İlham Əliyev ötən ilin dekabrında Milli Məclisin 5-ci çağırış tərkibini buraxarkən, parlamentin yenidən daha gənc, enerjili və hazırlıqlı şəxslərdən formalaşmasını nəzərdə tuturdu, Milli Məclisə yeni simaların gəlməsini istəmişdi. Eyni zamanda Prezident seçkilərin tam demokratik keçiirlməsini təmin etmək barədə tapşırıq vermiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərinin seçkilərə müdaxilə edcəyi halda ciddi cəzalandırılacaqları barədə xəbərdarlıq etmişdi. Ancaq Qubadlı və Zəngilan rayonları başçılarının seçkilərə yuxarıda qeyd olunan şəlidə müdaxilələri haqqnda iddialara inansaq, belə çıxır ki, Malik İsaqov və Ramiz Həsənov Prezident İlham Əliyevin iradəsinə qarşı getmiş olurlar.
İki icra başçısının seçki oyunbazlığı: Şəxsiyyət vəsiqələri toplanır

Onu da xatırladaq ki, Ramiz Həsənov Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun qardaşıdır. Malik İsaqovun yaxını isı uzun illər Bakı şəhərində Hacıbala Abutalıbovun dövründə əmlak, tikintilərə sərəncam və sair məsələlərlə bağlı “qeyri-rəsmi yığımlara” nəzarət edən şəxs olub (etik mülahizəlrdən adını açıqlamırıq).bizimyol.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar