Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Mən bu "əyilə-əyilə" fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm" - Elman Nəsirov

Tarix: 21-01-2020 21:19     Baxış: 3376 A- / A+
"Mən bu "əyilə-əyilə" fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm" - Elman Nəsirov

"Mən bu "əyilə-əyilə" fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm"

Manevr.az xəbər verir ki, bu sözləri sonxeber.az-a müsahibəsində deputat Elman Nəsirov deyib: "Aprel döyüşü zamanı erməni ordusuna çox böyük zərbə endirildi. Nə qədər erməni generalı vəzifədən qovuldu və həbs edildi. Hətta hakimiyyətin dəyişilməsinin kökündə Aprel Döyüşləri dayanır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bir video vardı. Orada erməni əsgəri küncə sıxılıb, ayağa qalxa bilmir. Erməni generalı ona dur əmrini versə də əsgər qalxmır. Daha da büzüşür. Araşdıran zamanı bəlli olur ki, o yaralı deyil, heç bir xəsarət almayıb. Belə olanda da o yüksək rütbəli zabiti görəndə ayağa durmalıdır. Sonra məlum olur ki, o əsgər psxoloji travma alıb. Psixoloji cəhətdən gözünün odu alınır. O, elə bilir ki, ayağa qalxsa Azərbaycan əsgəri onu məhv edəcək. Əsgəri səngərdən açıq havaya çıxaran zaman da o əyilə-əyilə gəzirdi. Hətta digər əsgərlər də ona gülürdülər. Buna əsaslanaraq mən bildirdim ki, səngərdə "əyilə-əyilə" gəzən erməni əsgəri heç bir zaman dik gəzməməli, günəşə çıxmamalıdır. Erməni əsgəri hər zaman "əyilə-əyilə" gəzməlidir. Biz müharibə rejimində yaşayırıq. Qoy Azərbaycan ordusu bilsin ki, onun qarşısındakı erməni əsgəri o qədər qorxur ki, səngərdən çıxanda belə "əyilə-əyilə" gəzir. Mənim bu fikirlərimə birinci Ermənistan mətbuatı reaksiya verdi. Mənə qarşı kampaniyaya başladılar.Təəssüf ki, bu kampaniyanı tək ermənilər deyil, özümüzünkilər də aparmaqdadır. Mənə görə o insanlar ermənilərdən daha çox erməni olmaq istəyən şəxslərdir. Mən bu fikirlərimlə əsgərlərimizə dəstək verib, onları döyüşə həvəsləndirəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar