Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət

Tarix: 14-01-2020 19:45     Baxış: 4236 A- / A+
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət

45 saylı Abşeron Seçki Dairə Komissiyası tanınmış yazar, Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmətin (Rəhimov) növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almayıb.

Manevr.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Zahir Əzəmət özü məlumat verib.

Baş redaktor bildirib ki, Dövlət Əmlak Komitəsi DSK-ya və ona başqa rəy verib:

"Bu gün saat 17:00-da Dairə Seçki Komissiyası formal bir toplantı keçirərək, mənim namizədliyimi qeydə almaqdan imtina etdi. Topladığım imzalar və digər imzalarla bağlı hər şey qaydasında idi. Lakin DSK absurd bir səbəbdən imtina qərarı qəbul etdi. Səbəb kimi əmlak bilgilərimdə uyğunsuzluq göstərildi.

Amma məsələ burasındadır ki, mən respublika üzrə adıma hansı əmlakın olmasını aydınlaşdırmaq üçün 08 yanvar 2020-ci il tarixində rəsmi arayış almış və DSK-ya verdiyim məlumatları da onun əsasında tərtib etmiş, həmin rəsmi arayışı da bildirişə əlavə etmişəm. İndi isə məlum olur ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin ata yurdumuza ailə üzvü olaraq mənim də adımın keçdiyini yazıb, amma bundan 13 gün sonra mənə verdiyi cavabda bunu qeyd etməyib. Bunu özümə qarşı qurulmuş oyun, qərəz adlandırmağa tam əsas yaranır.
Üstəlik, DSK-ya həm də Əmlak Komitəsindən aldığım rəsmi arayış təqdim etməyim onu göstərir ki, birincisi, uyğunsuzluq mənim yox, dövlət qurumunun verdiyi məlumatdadır. İkincisi, bu, sübut edir ki, bu, məlumatın tərəfimdən məqsədli gizlədilməsi deyil. Seçki Məcəlləsinin 58.2-ci madddəsinə görə, bu uyğunsuzluq qəsdən edilməyibsə, DSK onuu aradan qaldırmaq üçün namizədə 48 saat vaxt verməlidir. Amma DSK sədri Dilşad Abbasova qanunun tələblərini kobud şəkildə pozaraq, rəsmi dövlt qurumunun verdiyi arayışı tanımaqdan imtina edərək, çox nümayişkaranə şəkildə məni qeydə almaqdan imtina etdi. Komissiya üzvlərinin davranışları da göstərdi ki, ümumiyyətlə, burada iclaslar tamamilə formaldır, onların heç nədən xəbəri yoxdur. Bəziləri hətta iclasın sonunda gəlib çıxsalar da, nədən söhbət getdiyini bilmədən, sədr nəyə əl qaldırdısa, ona da əl qaldırdılar. İclasdan sonra isə komissiya üzvlərindən biri verdiyi Allahsız qərardan narahatlıq keçirərək, elə sədrin qapısı ağzında diz çöküb Allahdan nicat ummağa, dua etməyə başladı. Mən o dualara qoşulmuram: Allah günahlarınızdan keçməsin!"

Sonda Zahir Əzəmət Prezident İlham Əliyevin bu mövzuda xüsusi həssalıq göstərəcəyinə ümidli olduğunu bildirib:

"Əlbəttə, DSK-nın bu qanunsuz qərarından şikayət edəcəyik. Çünki bu qərar ilk növbədə ölkədəki seşçki prosesinə, onun demokratik və sağlam rəqabət mühitində keçirləcəyi ilə bağlı ümidlərə kölgə salır. DSK-nı az qala məscidə çevirən Dilşad Abbasovanın bu qərarı Prezident İlham Əliyevin başladığı geniş islahat kursuna ziddir".

İclasdan sonra komissiya üzvlərindən biri verdiyi Allahsız qərardan narahatlıq keçirərək, elə sədrin qapısı ağzında diz çöküb Allahdan nicat umur, dua edir.


Manevr.az

"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar