Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabah seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır

Tarix: 13-01-2020 11:09     Baxış: 3191 A- / A+
Sabah seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır


Sabah Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır.

Manevr.az məlumatına görə, Seçki Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, dairə və məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalanadək hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət yanvarın 15-dək olan dövrü əhatə edir.Qeyd edək ki, Seçki Məcəlləsinin 46.5-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları (müvafiq icra hakimiyyəti və bələdiyyə qurumlarının seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında) səsvermə gününə azı 25 gün qalanadək, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesini başa çatdırmalıdır. Məntəqə seçki komissiyaları tərəfindən (hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisəsi rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi səsvermə gününə azı 20 gün qalanadək təmin edilməlidir. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 20-dək olan dövrü əhatə edir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar