Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Prezidentə müraciət etdi:"İcazə versəydiniz öz əvəzimə qızımın namizədliyini verərdim"

Tarix: 09-01-2020 16:13     Baxış: 1994 A- / A+
Deputat Prezidentə müraciət etdi:"İcazə versəydiniz öz əvəzimə qızımın namizədliyini verərdim"

Sosial şəbəkələrdə V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının müraciət məktubu yayılıb. O, ölkə başçısı İlham Əliyevə müraciət edib. X.Kazımlı müraciətində deputat olmaq istəmədiyini bildirir və öz yerinə qızının namizəd olması üçün icazə istəyir.

Manevr.az müraciətin mətnini olduğu kimi təqdim edir.

"Zati-alilər!
Əziz və möhtərəm Prezidentimiz!
Mən Kazımlı Xanhüseyn Hüseynağa oğlu İmişli rayonunun Ağaməmmədli kəndindənəm. İ-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilərək (hazırda Biləsuvar rayonundan seçilmişəm) müstəqilliyimizi quranlara və Azərbaycanı çiçəkləndirərək yaşadanlara əlimdən gələn səviyyədə xidmət etmişəm. Bir deputat olaraq ötən zamanlarda olan fəaliyyətimi və Azərbaycan Macarıstan üzrə parlamentlərarası dostluq qrupunun sədri kimi Macarıstan Prezidentinin şəxsi imzaladığı medalla təltif edilmişəm. Müxtəlif mükafatlara da layiq görülmüşəm.
Siz icazə versəniz, mən hər hansı bölgədənsə Milli Məclisin üzvü seçilməyimə razı deyiləm. Əvəzimdə isə Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini,1992-ci ildən iqtisad elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində doktorluq işi hazır olan, öz bilik və bacarığı ilə Azərbaycan Dğvlət İqtisad Universitetinin "Tənzimləmə" kafedrasının əməkdaşı "Böyük Siyasətin Davamı", "Faciələrim unudulmayacaqdır", "Azərbaycanlılara qarşı ermənilərin soyqırımı" əsərlərinin müəlliflərindən biri(sonuncunun müəllifi) olan Kazımova Əsli Xanhüseyn qızının namizədliyini(1981-ci il təvəlllüdlü) doğulduğum diyardan verərdim"

Manevr.az
Deputat Prezidentə müraciət etdi:"İcazə versəydiniz öz əvəzimə qızımın namizədliyini verərdim"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar