Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatlığa namizəd olan Aprel döyüşçüsünə qarşı təzyiqlər var - Video

Tarix: 09-01-2020 14:22     Baxış: 4923 A- / A+
Deputatlığa namizəd olan Aprel döyüşçüsünə qarşı təzyiqlər var - Video

Aprel döyüşçüsü, Qarabağ müharibəsi əlili Kamil Musəvi 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürdüyü üçün ona təzyiqlərin olduğunu bildirib.

Manevr.az xəbər verir ki, bu barədə Kamil Musəvinin özü feysbuk səhifəsində bildirib.

“Deputatlığa namizədliyini verdiyim gündən məni sevənlər, mənə imza verənlər və mən təzyiqlərə məruz qalmışıq. Kimini işdən qovmaqla, kiminin isə qohumunu işdən qovmaqla hədələyirlər”,-deyə K.Müsəvi bildirib.

Qarabağ qazisi qeyd edib ki, ona qarşı təzyiqlərə Salyanın icra başçısı rəhbərlik edir:

“Salyan rayonunun Kərimbəyli kəndində imza toplayarkən kənd sakinləri toplaşdılar, imzalarını verdilər. Mən oradan gedəndən sonra kənd icra nümayəndəsi sakinlərə deyib ki mənə imza və səs verməsinlər. Həmin kəndə qayıdarkən sakinlər icra nümayəndəsinin əleyhimə etdiyi çağırış barəsində mənə məlumat verdilər. Mən kənd icra nümayəndəsinə yaxınlaşıb onun demokratik seçkiyə maneə olmasının səbəbini soruşduqda, mənim əleyhimə çağırış etmədiyini bildirdi. Bu təzyiqlərin başında icra başçısı durur. Mənim namizədliyimin qeydiyyata alınmamasını istəyirlər”.

K.Musəvi onun tərəfdarlarına olunan təzyqilərlə bağlı məsul şəxslərin cəzalandırılmasını istəyir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar