Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tramp İranı vursa, Qarabağ partlayacaq... - Lukyanov

Tarix: 09-01-2020 11:26     Baxış: 2445 A- / A+
Tramp İranı vursa, Qarabağ partlayacaq... - Lukyanov


ABŞ ilə İran arasında gərginlik hərbi eskalasiya həddinə gəlib çıxsa, bu, Cənubi Qafqaz, ələlxüsus da Ermənistan üçün çox boyuk fəsadlara yol açacaq.

Manevr.az xəbər verir ki, bu sözləri Ermənistan mətbuatına açıqlamasında Rusiyanın Xarici və Müdafiə Şurası qeyri-hökumət təşkilatının sədri Fyodor Lukyanov deyib.

Onun sözlərinə görə, İran ilə ABŞ arasındakı müharibədən Bakı da əziyyət çəkə bilər, söhbət qaynar nöqtələrdən qaçmaq istəyən minlərlə qaçqından gedir. Amma bu, İrəvanın başına gələ biləcəklərin yanında heç nədir:

“Regiondakı hərbi eskalasiya ilk növbədə Ermənistanı cənginə alacaq. Cünki İrəvan ilə az sayda iqtisadi əlaqələri olan ölkələrdən ən başlıcası İrandır. Tehran Ermənistanın dünyaya çıxış üçün iki koridorundan biridir”.

Sədr vurğulayir ki, Ermənistanda iqtisadiyyatın iflası Qarabagda partlayış effekti verə bilər, cünki hazırda bu konflikt “barıt cəlləyi”nə bənzəyir – bircə qığılcım kifayət edər.

“Hadisələrin bu tip cərəyan etməsi isə Ermənistan üçün gözlənilməz nəticələrlə sonlana bilər”, - deyə Lukyanov bildirib. /axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar