Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"ABŞ Senatının qəbul etdiyi qanun layihəsi göstərir ki..."

Tarix: 17-12-2019 13:49     Baxış: 2203 A- / A+
"ABŞ Senatının qəbul etdiyi qanun layihəsi göstərir ki..."

"Dağlıq Qarabağ münaqişənin nizamlanmasında ABŞ-ın ədalətli mövqe nümayiş etdirəcəyi artıq bizdə şübhə doğurur"

Ötən həftə ABŞ Senatının 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi dəyərləndirərək, qanun layihəsini qəbul etməsi bizdə təəssüf doğurur. Baxmayaraq ki, bu qanun layihəsi Nümayəndələr Palatasında səs çoxluğu ilə qəbul olunmuşdu, Senatın qəbul olunmuş bu layihəni dəstəkləyəcəyi güman olunmurdu. Hesab edirdik ki, Senat tarixdə baş vermiş hadisələri siyasiləşdirməyin əleyhinə olacaq, bu cür hadisələrdən siyasi təzyiq vasitəsi kimi istifadə etməyəcək.
Lakin gözlədiyimizin əksinə olaraq, Senatın belə bir qanunu imzalaması göstərir ki, Senat qondarma "erməni soyqırımı" məsələsini uzun illər olduğu kimi Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi olaraq istifadə etməkdən hələ də əl çəkməyib. Əslində baxanda ABŞ-ın oynadığı siyasət artıq hamıya bəllidir. Senatda qəbul olunmuş qətnamə imzalaması üçün ABŞ Prezidenti Donald Trampa göndərilib və o bundan istifadə edərək, Türkiyəyə qarşı istədiyi tonda danışmaq istəyəcək.
Maraqlıdır ki, qətnamədə ABŞ hakimiyyətini "erməni soyqırımı" və ya digər soyqırımlarla bağlı inkar etməmək və belə cəhdlərə yol verməmək kimi tövsiyələr yer almaqdadır. Xatırlayırıq ki, bir neçə il əvvəl də Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsi müzakirəyə çıxarılmışdı.
Hesab edirik ki, ABŞ və Fransanın bu məntiqsiz qanunları vaxtaşırı gündəmə gətirməsi yalnız Türkiyənin deyil, həm də Avropaya inteqrasiya edən Azərbaycan ictimayyətinin istər ABŞ-ın, istərsə də Fransanın tərənnüm etdiyi demokratik dəyərlərə zidd olaraq görülməkdədir. ABŞ və Fransanın ATƏT-in Minsk Qrupunun üzvü olan üç ölkədən ikisi olduğunu nəzərə alsaq, hər iki dövlətdə belə bir qanun layihəsinin müzakirəyə çıxarılması uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq vasitəçilərin atmış olduğu bütün müsbət addımların mahiyyətinə kölgə sala bilər və Cənubi Qafqaz regionunda Ermənistanla Azərbaycan arasında olan konfliktin həllinə ciddi maneçilik törədə bilər.
Çünki, ABŞ və Fransa Senatında heç bir məntiqə sığmayan bu cür qanunların qəbul olunması Azərbaycan ictimayyətində belə bir fikir yarada bilər ki, ABŞ və Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk Qrupunda fəaliyyət göstərdiyi dönəmdə öz fəaliyyətində bitərəf və səmimi olmayıb, münaqişənin həll olunmasında və Ermənistan ordusunun işğal altında saxladığı Azərbaycan torpaqlarından geri çəkilməsi üçün lazımı addımlar atılmasında maraqlı olmayıb, bu səbəbdən də münaqişə bu günə qədər həll olunmayıb.
Başqa sözlə desək, bu qanunun qəbulu ilə ABŞ və Fransa münaqişənin həll olunmamasının əsas günahkarlarından biri olmaq suçunu öz boynuna götürmüş olur. ABŞ Senatının qəbul etdiyi qanun layihəsi də göstərir ki, bu ölkənin siyasi hakimiyyəti "erməni məsələsi"ndə özünü açıq-aydın tərəf kimi göstərir və "erməni simpatiyası"nı heç vaxt gizlədə bilmir. Belə olan halda, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişənin nizamlanmasında ABŞ-ın vasitəçiliyinin davam etdirməsi və ədalətli mövqe nümayiş etdirəcəyi artıq bizdə şübhə doğurur.
Hesab edirik ki, bizə bu gün demokratiyanın və insan hüquqlarının qorunduğu bir ölkə kimi tanıdılan ABŞ erməni lobbisinin təsiri altında heç bir tarixi faktları araşdırmadan belə bir addımı atmayacaq. Təəssüf hissi ilə bildiririk ki, ABŞ Senatı 1992-ci ilin fevralında daşnak erməni millətçiləri tərəfindən törədilmiş qanlı Xocalı soyqırımına eyni həssaslıqla yanaşmayıb, Xocalıda törədilmiş soyqırıma sərt reaksiya verməyib. Lakin 1915-ci ildə I dünya müharibəsi zamanı olan hadisələrə heç bir tarixi araşdırma aparmadan tez-tələsik siyasi qərar verməyə cəhd göstərir. Odur ki, ABŞ Senatında qəbul olunmuş bu mənfur qanun layihəsini hiddətlə pisləyir, qanun layihəsinin imzalanmamasını tələb edirik. Ümid edirik ki, bütün Amerika xalqının fikrini əks etdirməyən, yalnız erməni lobbisinin təsiri altında olan bir qrup siyasətçilər tərəfindən qəbul olunmuş bu qanun layihəsi imzalanmayacaq, ABŞ prezidenti Donald Tramp heç bir tarixi reallığa söykənməyən hadisələri siyasi oyunlara alət etməyəcəkdir.

İlham İsmayılov
Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzinin sədri

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar