Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

General deputatlığa namizədliyini irəli sürdü- ŞƏKİL

Tarix: 15-12-2019 15:21     Baxış: 3337 A- / A+
General deputatlığa namizədliyini irəli sürdü- ŞƏKİL

Azərbaycan ordusunun istefada olan hərbi qulluqçusu, general-mayor, keçmiş korpus komandiri Qabil Məmmədov növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Manevr.az xəbər verir ki, general Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsüylə deputatlığa namizədliyimi irəli sürüb.

Bu barədə general öz şəxsi "Facebook" səhifəsində məlumat verib:
General deputatlığa namizədliyini irəli sürdü- ŞƏKİL

"Dəyərli dostlar!

Hamınızı salamlayır və qəbul etdiyim mühüm qərarım haqqında Sizləri məlumatlandırmaq istəyirəm. Belə ki, bir çoxlarınızın təkidli xahişini və ölkədaxili pozitiv dəyişiklikləri nəzərə alaraq, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsümlə deputatlığa namizədliyimi irəli sürdüm. Bu qərar, bəlkə də həyatımda qəbul etdiyim ən məsuliyyətli qərarlardan biridir və onun mənəvi-psixoloji ağırlığını çiyinlərimdə hiss edirəm.

Sabahdan imzatoplama kampaniyasına start verməyi planlaşdırıram. İndiki imzatoplama dönəmində, sonrakı seçkiqabağı təşviqat və seçicilərlə görüş kampaniyasında, mənə dəstək vermək məqsədilə könüllü olaraq iştirak etmək istəyən bütün dostlarımızın təkliflərindən, aktivliyindən və həmrəyliyindən fərəh duyar və məmnun olaram”.

Qeyd edək ki, gneral-mayor Qabil Məmmədov Bərdədə hərbi birləşməsinin komandiri olub. Ondan sonra ölkəmizin Qazaxıstandakı səfirliyində hərbi attaşe, sonra isə HEM-ə şöbə rəisi vəzifəsinə təyin olunub. 2009-cu ildən hərbi qulluqdan istefaya göndərilib. Əslən Lənkəran rayonundandır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar