Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Gülnarə Kərimovanın həbs müddəti uzadıldı

Tarix: 05-12-2019 19:53     Baxış: 4201 A- / A+
Gülnarə Kərimovanın həbs müddəti uzadıldı


Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbs müddəti beşinci dəfə uzadılıb.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, xəbəri Gülnarə Kərimovanın qızı "Instagram"da paylaşıb.

Londonda yaşayan İman Kərimova söz verib ki, bundan sonra Özbəkistan hakimiyyətinin qanunsuz əməlləri və anasının siyasi motivlərlə həbs edilməsi ətrafında baş verən hadisələr barədə geniş məlumatlar verəcək. Bununla əlaqədar olaraq, ona məxsus "Instagram" hesabını kiçik qardaşı İslam Kərimov və vəkillər heyəti işlədəcək.

İman Kərimova bildirir ki, hazırkı hökumət üzvlərinin əksəriyyəti həqiqətin onlara sərf etməməsi səbəbindən onun anasını tam təcrid olunmuş vəziyyətdə saxlayırlar.

İman Kərimovanın sözlərinə görə, istintaqın məqsədi Gülnarə Kərimovanı ölkədəki bütün mümkün iqtisadi və sosial bəlalarda ittiham etməkdir.

Xatırladaq ki, G.Kərimova 2017-ci ildə Özbəkistan məhkəməsi tərəfindən rüşvət, dələduzluq, ticarət və gömrük qaydalarını pozmaqda ittiham olunub. Ona beş il ev dustaqlığı cəzası verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar